Bakıda köhnə əşyalar bazarı fəaliyyət göstərir – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda köhnə əşyalar bazarı fəaliyyət göstərir – VİDEO
Bakıda bazarların birinin qəribə mənzərəsi var. Burda hər şey satılır-köhnə mebel, avtomobil hissələri, nimdaş kostyum, hərbi mundir, video və aidio kasetlər, köhnə təqvimlər və kitablar, hətta keçi başı... Bir sözlə, burda ağlınıza gələcək hər şeyin köhnəsini tapa bilərsiniz.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, köhnə əşyaların satışı ruslardan qalıb. Ruslar adətən öz köhnə paltarlarını gətirib belə yerlərdə satıblar. Sonradan köhnə əşyalar da satılmağa başlanıb.

Paslamış dəmirlərin arasında kompüter qulaqlığından, köhnə radioya qədər hər şey var. Belə qarışıqlıq olmağına baxmayın, hərdən yaxşı pul da qazandıran əşyalar olur.

Çox vaxt köhnə geyimləri kiloqramı 1-2 manata alıb, 8-10 manata satanlar da var.

Paltarlarını zibilliyə atmayıb onlara verənlər də olur. Satıcıların qohumları da köhnəlmiş paltarlarını atmır. Evdə də köhnələn əşya, paltar olanda gətirib burda satdırır.

Köhnə, nostaljı əşyalarla birbaşa ünsiyyət qurmaq istəyirsinizsə, bura baş çəkin.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          4 456 06.11.16 15:57