Televizoru göstərməyənlərə daha bir XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:35 DİN: Azərbaycan polisi işğaldan azad edilmiş ərazilərdə xidmətini davam etdirir - VİDEO  |     13:33 Təhsil işçilərinin vaksinasiyası başladı  |     13:31 Füzulidə beynəlxalq aeroportun tikintisi sürətləndirilib - VİDEO  |     13:28 Dünya bazarında neft bahalaşıb  |     13:28 “AG Bank”dan pul mənimsəməkdə ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır  |     13:23 İlon Maskın kosmik raketi yenə partladı  |     13:20 Direktor müəllimin maaşını kəsib? - RƏSMİ AÇIQLAMA  |     13:18 Gəncədə qadın əri tərəfindən bıçaqlandı  |     12:55 Koronavirusla bağlı SON STATİSTİKA  |     12:50 “WhatsApp” ünsiyyəti daha təhlükəsiz etmək üçün yeni funksiyanı işə salır  |     12:44 Onlayn tədris proqramında yeni funksiya işə salınıb  |     12:44 Su qülləsi onu təmir etməyə gələn fəhlələrin üstünə aşdı - VİDEO  |     12:42 İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu  |     12:22 Altı gündə qırx bir evə girib-çıxdı, iki yüz nəfəri koronavirusa yoluxdurdu  |     12:21 Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu  |     12:13 Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİ  |     11:56 Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi  |     11:49 Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? - YENİLİK  |     11:40 Ağdamda minaya düşən vəzifəli şəxs Bakıya gətirilir - YENİLƏNİB  |     23:55 Avstraliya aviaşirkəti ünvansız uçuşlar həyata keçirəcək  |    

Televizoru göstərməyənlərə daha bir XƏBƏRDARLIQ
"Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir".

Bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri, professor İsa Məmmədov deyib.

Onun sözlərinə görə, əhali dekoderləri 25-30 manata əldə edə bilər: "Qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir. Çünki bir sıra kanallarda HD formatında verilişlər yayımlanır. İstifadəçilər özləri də aparatı qoşa bilərlər. Rəqəmsal yayımın üç - stasionar, daşınan və və mobil formaları var. Bunların hər üçündən istifadə etmək olar".

İ.Məmmədov bildirib ki, bölgələrdə 135 rəqəmsal televiziya ötürücüsü (99 faiz) quraşdırılıb: "Dərələrdə və ucqar ərazilərdə yerləşən bəzi kəndlərdə rəqəmsal yayımı təmin etmək üçün 45 kiçik radioverici sifariş olunub. Həmin radiovericilər quraşdırıldıqdan sonra yayımın alınmasında problem qalmayacaq. Bakı və Abşeron yarımadasında isə 19 rəqəmsal televiziya ötürücüsü quraşdırılıb. Analoq yayım üçün isə 300-dən çox ötürücüdən istifadə olunurdu".

Qeyd edək ki, bu gündən Bakı və Abşeron yarımadasında analoq yayım dayandırılıb. Bölgələrdə isə proses dekabrın 1-dən həyata keçiriləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            23 210 01.11.16 16:51