Sevgilisindən hamilə qaldığını düşünən qız özünü... - Bakıda faciə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 İdxal və ixrac olunan məhsullar açıqlandı  |     23:01 Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib  |     22:45 Ermənilərin Füzulidə apardığı axtarışlar nəticə vermədi  |     22:41 Leyla Abdullayeva: “Bizim dədə-babalarımız Zəngəzurda yaşayıb”  |     22:21 Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır  |     22:20 Türkiyədə koronavirusa günlük yoluxma sayında artım müşahidə edilib  |     21:57 Rusiya və Tacikistanın müdafiə nazirləri telefonla danışıb  |     21:44 Kürdəmirdə şadlıq sarayının sahibi cərimələndi  |     21:28 Millimizin böyük məşqçisi Olimpiadadakı uğursuzluqdan danışdı  |     21:18 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı, ölən olmayıb - FOTO  |     21:16 Təbrizdə etirazçılar hökumət tərəfindən PUA-larla izlənir - VİDEO  |     20:53 Afrikanın cənubunda görünməmiş şaxta qeydə alınıb  |     20:41 Rusiyalı analitik: “Daxilində Fransa şirkətlərinin olması öz ayağını basdalamaq kimi bir şeydir”  |     20:28 "Yeni Klinika" Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verib  |     20:03 Çində yanğın nəticəsində 14 nəfər ölüb  |     19:51 Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb  |     19:29 Əfqanıstanda komendant saatı tətbiq ediləcək  |     19:14 Azərbaycanda ali təhsil alan ukraynalı tələbələrin sayı açıqlandı  |     19:02 Xalq artisti Səməd Səmədov vəfat edib  |     18:47 Azərbaycanın səkkiz idmançı Olimpiadanın ilk günündə yarışla vidalaşdı  |    

Sevgilisindən hamilə qaldığını düşünən qız özünü... - Bakıda faciə
Bakıda 26 yaşlı qadın intihara cəhdinin səbəbləri məlum olub. Xəzər rayon prokurorluğunda aparılan araşdırmalar rayon sakini H.Ə.-nin (ailəsini və özünü nəzərə alaraq, qadının adını gizli saxlayırıq) özünü öldürməyə cəhd etməsinin motivini üzə çıxarıb.

1990-cı il təvəllüdlü H.Ə. Lev Starçuk küçəsində yaşadığı binanın üçüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, 26 yaşlı qadın hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qalır. Saytın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, H.Ə.-nin intihara cəhdinə sevgilisinin ondan ayrılması səbəb olub.

Daha doğrusu, onunla yaxın münasibətdə olan kişi evlənməkdən imtina edib. H.Ə. isə hamilə olduğunu düşünüb və özünü öldürmək qərarına gəlib. O, özünü atmazdan əvvəl Whatsapp-la keçmiş sevgilisinə vida ismarışı da yazıb. Xəstəxanaya gətirilən H.Ə.-nin hamilə olmadığı üzə çıxıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

(musavat.com)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            25 279 01.11.16 16:26