Azərbaycanda son 44 ilin anomal hadisəsi bu il təkrarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:44 Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib  |     21:33 Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı  |     21:16 Çempionlar Liqası: "Neftçi" - "Olimpiakos" matçı başlayıb  |     21:02 Naxçıvanda maraqlı məhkəmə: Arvad işləmək istədiyi üçün ər ondan boşanır  |     20:49 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar  |     20:33 “Pfizer”: "Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər"  |     20:18 Serbiyalı oyunçu: "Sumqayıt"la matçın əhəmiyyəti çox böyükdür"  |     20:02 "Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb  |     19:45 "Neftçi" və "Olimpiakos" komandalarının start heyəti açıqlanıb  |     19:22 Zelenski Putinə vədini yerinə yetirdi  |     19:19 Ağcəbədidə narkotik əkən şəxs saxlanılıb  |     19:13 Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb  |     19:01 Füzulidə daha iki erməni hərbçisinin qalıqları aşkar olunub  |     18:56 Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA  |     18:46 Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb  |     18:41 İraqda 14 İŞİD silahlısı saxlanılıb  |     18:35 Zəncirvari narkotik şəbəkəsi ifşa edildi  |     18:32 Türkiyədə 4,3 bal gücündə zəlzələ olub  |     18:26 Rusiya Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki hadisələri müzakirə edib  |     18:11 Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşdi  |    

Azərbaycanda son 44 ilin anomal hadisəsi bu il təkrarlandı
Azərbaycanın Aran rayonlarında son 44 ildə ilk dəfə olaraq, bu ilin oktyabr ayında həmin ay üçün anomal sayılan hadisə baş verib.

Median.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə deyib ki, bu il oktyabr ayında Aran rayonlarına qarın yağması 1972-ci ildən sonra ilk olub. 1972-ci ilin oktyabr ayında İmişlidə qarın yağması qeydə alınıb.

Oktyabrda Aran rayonlarına qarın yağmasını anomal hadisə sayan M.Həsənov əlavə edib ki, Azərbaycanda bu ayda yalnız dəniz səviyyəsindən 2000 metr yüksək olan ərazilərə qar yağıb: "Lakin bu il oktyabrda dağətəyi rayonlarda da qar müşahidə edilib. Hətta bir qədər Aran rayonlarına da qar yağdı. Bu, özü böyük anomallıqdır. Oktyabrda ölkə ərazisinə düşən yağıntının miqdarı da normadan çox olub. Oktybarda düşən atmosfer yağıntılarının miqdarı da oktyabr ayı üçün anomal olub".

M.Həsənov qeyd edib ki, baş verən bu anomallıqların səbəbi iqlim dəyişmələri, Azərbaycana qərb və şimal-qərbdən hava kütlələrinin daha çox daxil olması və ölkə ərazisində bir neçə gün hakim olmasıdır: "Düzdür, belə hava kütlələri payız və qışda ərazimizə daxil olur. Lakin bu il həmin hava kütlələri ökə ərazisində dayanıqlı şəkildə hərəkət etdi. Həmin hava kütlələrinin dayanıqlı olmasının səbəbi isə atmosfer təzyiqi ilə bağlıdır. Təzyiq qurşaqları bir qədər az dəyişdi. Ərazimizdə alçaq təzyiq bir neçə gün müşahidə olundu. Alçaq təzyiqli hava olan ərazilərə yüksək təzyiqli hava kütlələri daxil olur. Buna görə də ərazimizə şimal-qərb və qərb istiqamətdən hava kütlələri daha çox daxil oldu. Bu, Azərbaycanda əvvəllər o qədər də müşahidə edilən hal deyil".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 414 01.11.16 16:19