Bakıda universitetlərin yeməkxanalarındakı qiymətlər... - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:49 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar  |     20:33 “Pfizer”: "Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər"  |     20:18 Serbiyalı oyunçu: "Sumqayıt"la matçın əhəmiyyəti çox böyükdür"  |     20:02 "Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb  |     19:45 "Neftçi" və "Olimpiakos" komandalarının start heyəti açıqlanıb  |     19:22 Zelenski Putinə vədini yerinə yetirdi  |     19:19 Ağcəbədidə narkotik əkən şəxs saxlanılıb  |     19:13 Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb  |     19:01 Füzulidə daha iki erməni hərbçisinin qalıqları aşkar olunub  |     18:56 Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA  |     18:46 Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb  |     18:41 İraqda 14 İŞİD silahlısı saxlanılıb  |     18:35 Zəncirvari narkotik şəbəkəsi ifşa edildi  |     18:32 Türkiyədə 4,3 bal gücündə zəlzələ olub  |     18:26 Rusiya Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki hadisələri müzakirə edib  |     18:11 Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşdi  |     18:02 Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Ölənlər var - FOTO  |     17:55 Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım  |     17:45 Zod qızıl mədənini qanunsuz istismar edən şirkət texnikalarını ərazidən çıxardı - VİDEO  |     17:33 Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib  |    

Bakıda universitetlərin yeməkxanalarındakı qiymətlər... - FOTOLAR
Bəzən tələbələr haqqında müxtəlif fikirlər səsləndirilir. Bu fikirlər içərisində "tələbə, zamanın tələbidir”, "tələbə, ehtiyacı olan, tələb edəndir” və sairlərini qeyd etmək olar. Elə tələbə sözünün ərəbcədən hərfi mənası da "talib" - "ehtiyacı olan" deməkdir.

Bununla yanaşı, tələbələr həm də böyük qüvvə kimi xarakterizə olunurlar. Çünki onlar dövlətin, ölkənin gələcəyinin təminatçıları və ziyalı olmağa namizəddirlər.

Bəllidir ki, Bakıda təkcə bakılılar deyil, bölgələrdən də gəlib, burada təhsil alan xeyli sayda tələbə var. Onların əksəriyyəti gündəlik yox, aylıq xərclərini təyin edib, buna uyğun olaraq həyatlarını qururlar. Bu baxımdan nəqliyyatın, yeməkxanada qidanın qiymətinin az da olsa bahalaşması, onların həyat planlarının "sütunu”nu tərpədir.

Mövzumuzun əsas qayəsi Bakıda yerləşən universitetlərin tələbə yeməkxanalarındakı hazırkı qiymətlərdir. Ölkədə son zamanlar mağazalarda nəzərəçarpacaq dərəcədə qiymət artımlarının şahidi oluruq. Bəs bu hal, universitetlərin yeməkxanalarında özünü büruzə verirmi?

Bakıda yerləşən əksər universitetlərin yeməkxanalarında isti və soyuq yeməklərə rast gəlinir. Söhbət etdiyimiz tələbələrin sözlərinə görə, ötən illərlə müqayisədə bu qidaların da qiymətində az da olsa, artım baş verib.

Bəzi universitetlərin yeməkxanalarındakı qiymətləri təqdim edirik

Bakı Dövlət Universiteti: 1 stəkan çay - 10 qəpik, Kofe - 40 qəpik, Kapuçino- 50 qəpik, sendviç, pizza və kotletlə kartof - 1 manat, hamburger - 80 qəpik, dönər isə 1 manat 20 qəpiyə satılır. Ötən illərlə müqayisədə qiymətlərdə artım var.
Azərbaycan Dillər Universiteti: Peraşki - 30 qəpik, bulkalar - 40 qəpik, dönər - 1 manat 40 qəpik, adi sular - 50 qəpik, qazlı sular isə 70 qəpikdir. Sendviç - 1 manat 20 qəpik, ayran - 40 qəpik. Bu universitetdə qiymətlər son zamanlar 10-20 qəpik arasında bahalaşıb.
Azərbaycan Dövlət Pedaqoji Universiteti: Dönər - 1 manat 20 qəpik, bulkalar - 50 qəpik, sular - 40-60 qəpik, çayın stəkanı - 20 qəpik, kofe - 30 qəpikdir. Bu universitetdə isə demək olar ki, qiymət artımı yoxdur.

Azərbaycan Memarlıq və İnşaat Universiteti: 1 porsiya yemək - 2 manat 50 qəpik, ayran - 50 qəpik, şirələr - 70 qəpik, dönər - 1 manat 30 qəpik, şorbalar - 1 manat 40 qəpik, keks - 70 qəpik, salatlar - 1 manat, xaçapuri - 1 manat 20 qəpik, qoğal - 40 qəpik... Bu universitetdə də ötən illərlə müqayisədə 10-20 qəpik arasında qiymət artımı var.

Milli Aviasiya Akademiyası: Suplar - 70 qəpik, isti yeməklər - 2 manat... Sular isə mağaza qiymətləri ilə eynidir.

ADA universitetində isə vəziyyət başqadır. Burada tələbələrə brend kafelər xidmət göstərir. Onların arasında "Cinnabon” və digərlərini qeyd etmək olar.

Bakıda universitetlərin yeməkxanalarındakı qiymətlər... - FOTOLAR
Bakıda universitetlərin yeməkxanalarındakı qiymətlər... - FOTOLAR
Bakıda universitetlərin yeməkxanalarındakı qiymətlər... - FOTOLAR


(musavat.com)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 206 31.10.16 18:38