Üç uşaq anası qəddarlıqla necə öldürülüb? – TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 İdxal və ixrac olunan məhsullar açıqlandı  |     23:01 Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib  |     22:45 Ermənilərin Füzulidə apardığı axtarışlar nəticə vermədi  |     22:41 Leyla Abdullayeva: “Bizim dədə-babalarımız Zəngəzurda yaşayıb”  |     22:21 Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır  |     22:20 Türkiyədə koronavirusa günlük yoluxma sayında artım müşahidə edilib  |     21:57 Rusiya və Tacikistanın müdafiə nazirləri telefonla danışıb  |     21:44 Kürdəmirdə şadlıq sarayının sahibi cərimələndi  |     21:28 Millimizin böyük məşqçisi Olimpiadadakı uğursuzluqdan danışdı  |     21:18 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı, ölən olmayıb - FOTO  |     21:16 Təbrizdə etirazçılar hökumət tərəfindən PUA-larla izlənir - VİDEO  |     20:53 Afrikanın cənubunda görünməmiş şaxta qeydə alınıb  |     20:41 Rusiyalı analitik: “Daxilində Fransa şirkətlərinin olması öz ayağını basdalamaq kimi bir şeydir”  |     20:28 "Yeni Klinika" Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verib  |     20:03 Çində yanğın nəticəsində 14 nəfər ölüb  |     19:51 Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb  |     19:29 Əfqanıstanda komendant saatı tətbiq ediləcək  |     19:14 Azərbaycanda ali təhsil alan ukraynalı tələbələrin sayı açıqlandı  |     19:02 Xalq artisti Səməd Səmədov vəfat edib  |     18:47 Azərbaycanın səkkiz idmançı Olimpiadanın ilk günündə yarışla vidalaşdı  |    

Üç uşaq anası qəddarlıqla necə öldürülüb? – TƏFƏRRÜAT
Qəbələdə 3 uşaq anası xüsusi amansızlıqla öldürdü Bu gün Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub. S. Verdiyevanın atası Məzahir Cabbarov APA-ya açıqlamasında deyib ki, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. Bunu S.Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar sübut edir.
M. Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva birgə qətlə yetiriblər: “Son 1 il ərzində qızım həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular, qızım ailəsinin dağılmasını istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq”.
M. Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası X. Verdiyev və anası D. Verdiyeva gənc ailənin dağılmasını istədiklərini heç vaxt gizlətməyiblər: “Bir həftə əvvəl Xaliq Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anası, hamilə olduğunu və həyat yoldaşı ilə bir-birinə sevdiyi, həm də kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər. Tək Xəyal deyil, atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”. M. Cabbarov onu da nəzərə çatdırıb ki. Bu ilin mart ayında amansızlıqla döyülmüş, burnu qırılmış qızının həmin vəziyyətdə çəkilmiş fotoşəkilini polisə təqdim edib, tədbir görülməsini istəyiblər: Ancaq polis hər hansı tədbir görmədi”.
M. Cabbarov bildirib ki, qızı sakit, ailəcanlı olub və kənddə də hər kəs bunu təsdiq edə bilər: “Ancaq qayınatası və qaynanası onun ailəsinin dağılmasını istəyirdilər”.
Üç uşaq anası qəddarlıqla necə öldürülüb? – TƏFƏRRÜAT
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            30 332 31.10.16 01:18