Bakıda 1000-dən çox bina söküləcək - ÜNVANLAR (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı  |     22:24 Lənkəranda ev yanıb  |     22:14 Əsəb xəstəsi olan qadın oğlunu öldürdü  |     21:57 Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb  |     21:41 “Əgər yoluxma artarsa, SMS icazə bərpa edilməlidir” - AÇIQLAMA  |     21:19 Azərbaycan Türkiyə ilə birgə film və seriallar çəkəcək  |     21:04 “Alpin” əmtəə nişanlı 23,760 kiloqram sümüksüz dondurulmuş hind quşu məhsulu məhv edilib  |     20:47 Rusiyada kişi kürəkəninin qətlini sifariş verdi  |     19:13 39 yaşlı İbrahimoviç İsveç millisinə qayıdır  |     18:40 Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər  |     18:23 Ötən il edilən oğurluqların üstü açıldı  |     18:00 Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər  |     17:57 Azərbaycanda bu avtomobillər bahalaşacaq  |     17:56 “Oba” marketdə nöqsanlar aşkarlandı  |     17:54 DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq  |     17:53 Karxanada başına daş düşən fəhlə öldü  |     17:38 Azərbaycanda koronavirusa yoluxanların sayı artdı  |     17:36 Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu - FOTO  |     17:32 Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO  |     17:08 İtkin düşən iki yaşlı uşaq xilas edildi - FOTO  |    

Bakıda 1000-dən çox bina söküləcək - ÜNVANLAR (FOTO)
Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarının qəbulundan sonra paytaxt Bakıda irimiqyaslı yenidənqurma işlərinə başlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən APA-ya bildirilib ki, həyata keçirilən pilot layihələrin əsas məqsədi müvafiq rayonlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Qeyd olunan layihə müstəqillik dövründə tikinti sahəsində reallaşdırılan sosial yönümlü ən böyük tədbirlərdən biridir.


Şöbədən bildirilib ki, gələcək 5 ildə yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur: "Bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılması deyil, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması planlaşdırılıb. Dünya bazarlarında neftin qiymətinin enməsinin nəticəsi olaraq meydana gəlmiş mövcud iqtisadi reallıqda tikinti sahəsində çoxsaylı yeni iş yerlərinin yaranması perspektivi də ölkəmiz üçün olduqca cəlbedicidir”.

Şöbədən verilən məlumata görə, qərarın 1.1-ci bəndinə əsasən, müvafiq rayon icra hakimiyyətləri mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən həmin rayonlarda yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərini hazırlayaraq (tikinti layihələrinin işlənməsindən əvvəl), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını təmin etməlidir. Bununla əlaqədar indiyədək komitə təqdim olunmuş 52 ərazi planlaşdırma layihəsindən 45-inə razılıq verib.

Qeyd edək ki, bu qəbildən olan ərazi planlaşdırma sənədlərinin hazırlanması təcrübəsi indiyədək Azərbaycanda mövcud olmayıb. Ənənəvi baş planlar, ərazinin müfəssəl planı kimi icrası mürəkkəb olan sənədlərin əvəzinə məhəllənin tikinti-planlaşdırma eskizi hazırlanıb. Məhəllənin tikinti-planlaşdırma eskizi 5 hektaradək ərazi üçün müəyyənləşib. Mövcud məlumatlar əsasında icra hakimiyyəti layihəçiyə müəyyən olunmuş küçələrin hüdudlarında məhəllənin planlaşdırılan tikintisinin hazırlığı üçün tapşırıq verir. Pilot layihələr üçün planlaşdırma həllərini əsasən Böyük Bakının regional inkişaf sxeminin, müfəssəl planların layihələri, eləcə də, bir sıra ərazi zonalaşdırılması sənədlərinin müəllifi olan Bakı Dövlət Layihə İnstitutu yerinə yetirir.

В Баку снесут 1000 жилых зданий - ПОДРОБНОСТИ (ФОТО)
В Баку снесут 1000 жилых зданий - ПОДРОБНОСТИ (ФОТО)
В Баку снесут 1000 жилых зданий - ПОДРОБНОСТИ (ФОТО)
В Баку снесут 1000 жилых зданий - ПОДРОБНОСТИ (ФОТО)
В Баку снесут 1000 жилых зданий - ПОДРОБНОСТИ (ФОТО)
В Баку снесут 1000 жилых зданий - ПОДРОБНОСТИ (ФОТО)
В Баку снесут 1000 жилых зданий - ПОДРОБНОСТИ (ФОТО)
В Баку снесут 1000 жилых зданий - ПОДРОБНОСТИ (ФОТО)
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            17 799 29.10.16 15:43