İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Gədəbəydə ağır yol qəzası olub, altı nəfər xəsarət alıb  |     22:16 Как отмечаете, девчонки?  |     21:37 ÜST pandemiyanın bitəcəyi tarixi elan etdi  |     21:20 DİN-dən feministlərin aksiyası ilə bağlı daha bir açıqlama - YENİLƏNİB  |     20:47 İranın Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını təbrik edib  |     20:19 Ərdoğanla Conson arasında telefon danışığı olub  |     20:05 Axtarışda olan 11 nəfər saxlanıldı  |     19:52 Göygöldə qar səbəbindən nəqliyyatın işi çətinləşib  |     19:40 Qubada avtomobildə daşınan almalar yola dağıldı  |     19:31 AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir  |     19:18 Murad Arif koronavirusa yoluxdu  |     18:38 Kibercinayətkarlar Çexiya banklarından 54 milyon avro oğurladı  |     18:11 Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum oldu - FOTO  |     18:01 Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib  |     17:52 “Caliber”: “Paşinyan fəal müdafiəyə keçir” - VİDEO  |     17:42 Suriya prezidenti və həyat yoldaşı koronavirusa yoluxdu  |     16:35 Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib  |     16:32 Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb  |     16:12 İstanbulda qadağa götürüldü, böyük tıxaclar yarandı  |     16:07 Yol polisi qadın sürücüləri belə təbrik etdi  |    

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, idman mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hesab olunmayacaq. Bundan başqa, məcəllənin 101.5-ci maddəsinin ləğv edilməsi təklif edilir. Bu maddə idman mərc oyunlarından əldə edilən uduşlardan 10% dərəcə ilə vergi tutulmasını nəzərdə tuturdu.

Digər dəyişikliyə əsasən, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs ödəmə mənbəyində vergini tutmağa borclu sayılmayacaq. Eyni zamanda idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmayacağı təqdirdə, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs gəlir vergisi hesablamayacaq.

Müzakirəyə çıxarılan dəyişikliklər qəbul olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            12 970 28.10.16 17:06