İlqar Əliyevin ölümü ilə bağlı prokurorluqdan açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 İdxal və ixrac olunan məhsullar açıqlandı  |     23:01 Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib  |     22:45 Ermənilərin Füzulidə apardığı axtarışlar nəticə vermədi  |     22:41 Leyla Abdullayeva: “Bizim dədə-babalarımız Zəngəzurda yaşayıb”  |     22:21 Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır  |     22:20 Türkiyədə koronavirusa günlük yoluxma sayında artım müşahidə edilib  |     21:57 Rusiya və Tacikistanın müdafiə nazirləri telefonla danışıb  |     21:44 Kürdəmirdə şadlıq sarayının sahibi cərimələndi  |     21:28 Millimizin böyük məşqçisi Olimpiadadakı uğursuzluqdan danışdı  |     21:18 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı, ölən olmayıb - FOTO  |     21:16 Təbrizdə etirazçılar hökumət tərəfindən PUA-larla izlənir - VİDEO  |     20:53 Afrikanın cənubunda görünməmiş şaxta qeydə alınıb  |     20:41 Rusiyalı analitik: “Daxilində Fransa şirkətlərinin olması öz ayağını basdalamaq kimi bir şeydir”  |     20:28 "Yeni Klinika" Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verib  |     20:03 Çində yanğın nəticəsində 14 nəfər ölüb  |     19:51 Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb  |     19:29 Əfqanıstanda komendant saatı tətbiq ediləcək  |     19:14 Azərbaycanda ali təhsil alan ukraynalı tələbələrin sayı açıqlandı  |     19:02 Xalq artisti Səməd Səmədov vəfat edib  |     18:47 Azərbaycanın səkkiz idmançı Olimpiadanın ilk günündə yarışla vidalaşdı  |    

İlqar Əliyevin ölümü ilə bağlı prokurorluqdan açıqlama
Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinni sabiq polkovniki İlqar Əliyevin ölümü ilə bağlı açılmış cinayət işi barədə “Bizimyol.info” saytının sorğusuna cavab verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Əliyev İlqar Mustafa oğlunun intihar etməsi faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. “İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir” - Eldar Sultanov qeyd edir.

Qeyd edək ki, MTN-nin həbsdə olan idarə rəisi, general Akif Çovdarovun vəkili Kamandar Nəsibov müdafiə etdiyi şəxsin MTN Antiterror Mərkəzinin rəis müavini olmuş və istintaq təcridxanasında ölən İlqar Əliyevlə bağlı dediklərini açıqlayıb. “İlqar Əliyev özünü asan idisə, ölməmişdən əvvəl özünü niyə döyürdü? Bundan başqa, o, ölümündən bir saat əvvəl evinə zəng eləyib, yeyib-içmək istəyib. Yaxud Orxana (MTN-nin həbsdə olan başqa bir əməkdaşı) ərizə yazdırıblar ki, guya özü öz başını divara vurub. Onu o vaxtdan tibb-sanitar hissəsinə salıblar, havaya da buraxmırlar. Bütün bunları mənə Çovdarov deyib”, - Kamandar Nəsibov bildirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə bu xəbəri təkzib edib və İlqar Əliyevin təcridxanada intihar etməsi faktı üzrə hüquq-mühafizə orqanlarının müvafiq araşdırma aparıb və məsələyə hüquqi qiymət verildiyini açıqlayıb.

Qeyd edək ki, sözügedən intiharla bağlı rəsmi məlumatda bildirilirdi ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.

Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 933 28.10.16 01:46