Deputatlardan təklif: Qazın qiyməti qaldırılsın » Median.Az News Agency


Deputatlardan təklif: Qazın qiyməti qaldırılsın
Avropa və qonşu ölkələrlə müqayisədə Azərbaycanda qaz satışı qiyməti ucuzdur. Dünyanın ən bahalı qaz satan ölkəsi olan Yaponiyada qazın min kubmetri 590-600 dollara, Almaniya və İngiltərədə isə 400 dollar civarındadır.

Bu rəqəmlər Azərbaycan qazı ilə müqayisədə təxminən, 4-5 dəfə bahadır. Qonşu Rusiyada bu ilin 9 ayı ərzində qazın min kubmetrinin satışı təxminən 230-260 dollar, İranda isə 200 dollar civarında olub.

Bəs görəsən, iqtisadi böhran dövründə digər ölkələrlə müqayisdə qazını daha ucuz satan Azərbaycan satış qiymətini qaldıracaqmı?


Deputatlardan təklif: Qazın qiyməti qaldırılsın


Median.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Xanhüseyn Kazımlı ANN.Az saytına açıqlamasında Azərbaycan qazının bahalaşdırılmasının yalnız tələb və təlkif əsasında dəyişə biləcəyini bildirdi:

“Azərbaycan qazının qiyməti nə qədər baha olsa, o qədər də bizə xeyirdir. Çünki Azərbaycan qazına təlabat var. Qazın qiymətinin artması ilə büdcəmizə gələn gəlir də artacaq. Heç bir istehsalçı istəməz ki, onu malı ucuz qiymətə, maya dəyərindən aşağı getsin. Azərbaycan qazına olan təlabatı nəzərə alıb qiymət artımında dəyişiklik etmək olar”.

Deputatlardan təklif: Qazın qiyməti qaldırılsın


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev qazın satış qiymətinin tərəfdaşlardan və şərtlərdən asılı olduğunu vurğulayıb:

“İstərdim ki, Azərbaycan qazının satış qiymətini bahalaşdırsın, dövlət büdcəsinə daha çox gəlir gətirsin. Ancaq bu, deməklə həll ediləsi məsələ deyil. Burada siyasi məqamlar da var. Elə ölkə ola bilər ki, qazı onlara ucuz, digərlərinə baha sata bilərik. Azərbaycan hələ dünya iqtisadi böhranının tam mərhələsini yaşamır. Ölkədə baş verənlər böhranın bizə gəlib çatan dalğalarıdır. Qazın qiymətinin baha və ya ucuz olması məsələsinə gəlincə, bu, ancaq iki ölkə arasındakı anlaşma əsasında həyata keçirilə bilər”.

Deputatlardan təklif: Qazın qiyməti qaldırılsın


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili isə Azərbaycan qazının dünya bazarında ucuz qaz satan ölkələr siyahısına daxil olmaq istəməsi fikri ilə razılaşmayıb:

“Bizim satış bazarımız digər ölkələrdən fərqlənir. Cənub Qaz Dəhlizi vasitəsilə demək olar, bütün qazı satmışıq. Artıq bununla bağlı müqavilələr də imzalanıb. Qiymətlərin baha və ya ucuz olmasını isə bazar özü təyin edir. Bazarın xarici qiymətini isə rəqabət müəyyənləşdirir. Təbii ki, hər bir ölkə istəyər ki, qazını baha qiymətə satsın. Çünki hər kəs maksimum dərəcədə gəlir əldə etmək niyyətindədir. Ölkədaxili isə qazın ucuz satılması dövlətin əhaliyə göstərdiyi sosial qayğı ilə əlaqədardır. Bahalaşma ancaq tələb və təklifdən asılı ola bilər”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 454 27.10.16 22:03