Azərbaycanlı gənc inanılmaz fırıldağın üstünü açıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:49 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar  |     20:33 “Pfizer”: "Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər"  |     20:18 Serbiyalı oyunçu: "Sumqayıt"la matçın əhəmiyyəti çox böyükdür"  |     20:02 "Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb  |     19:45 "Neftçi" və "Olimpiakos" komandalarının start heyəti açıqlanıb  |     19:22 Zelenski Putinə vədini yerinə yetirdi  |     19:19 Ağcəbədidə narkotik əkən şəxs saxlanılıb  |     19:13 Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb  |     19:01 Füzulidə daha iki erməni hərbçisinin qalıqları aşkar olunub  |     18:56 Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA  |     18:46 Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb  |     18:41 İraqda 14 İŞİD silahlısı saxlanılıb  |     18:35 Zəncirvari narkotik şəbəkəsi ifşa edildi  |     18:32 Türkiyədə 4,3 bal gücündə zəlzələ olub  |     18:26 Rusiya Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki hadisələri müzakirə edib  |     18:11 Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşdi  |     18:02 Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Ölənlər var - FOTO  |     17:55 Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım  |     17:45 Zod qızıl mədənini qanunsuz istismar edən şirkət texnikalarını ərazidən çıxardı - VİDEO  |     17:33 Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib  |    

Azərbaycanlı gənc inanılmaz fırıldağın üstünü açıb - VİDEO
Emil Əmiraslanov adlı Bakı sakini, bir qrup fırıldaqçının əməlini üzə çıxardıb. Emilin Bizimyol.info-ya verdiyi məlumata görə, onun tanışlarından biri fırıldaqçıların qurbanı olub.

"Dostumun həmyerlisi internetdə bir qızla tanış olub. Xanım pul qarşılığında oğlana intim münasibət təklif edib. Dostumun həmyerlisi xanıma zəng edib və görüş təyin ediblər. Xanım bildirib ki, Nizami metrostansiyası yaxınlığında görüşəcəyik. Nizami metrostansiyasına gələn zərərçəkən, xanımın təklifi ilə binalardan birinin zirzəmisində yerləşən kafelərdən birinə daxil olub. Onlar bir masada əyşəldikdən sonra ofsiant masaya içki gətirib. Təxminən 3 dəqiqədən sonra xanım masadan qalxıb və ofsiant əlində 250 manatlıq hesabla oğlana yaxınlaşıb. Ofsiant bildirib ki, xanım Şotland içkisi içib. Elə bu andan sonra oğlanın həmin kafedən çıxması mümkün olmur." - Emil Əmiraslanov

Emilin dediyinə görə, masaya hesab gəldikdən sonra oradan çıxmaq mümkün olmur: "Həmin məkanda olan qəribə görünüşlü şəxslər, pulu verməyənləri döyürlər, işgəncələr verirlər. Hətta eşitdiyimə görə, bir nəfəri hədələyiblər ki, ya pulu verməlisən, ya da anana zəng edəcəyik və o gələcək bura."

Emi Əmiraslanov Bizimyol.info-ya bildirib ki, o danışılanların həqiqət olduğunu öyrənmək üçün həmin məkana gedib. O, başına gələnləri çəkdiyi videoda sosial şəbəkə istifadəçiləri üçün danışıb və aidiyyatı qurumlardan bu məsələ ilə bağlı maraqlanmasını xahiş edib.

Daha ətraflı videodan öyrənə bilərsiniz.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 786 27.10.16 14:58