Azərbaycanda polisə yeni səlahiyyət verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:18 Serbiyalı oyunçu: "Sumqayıt"la matçın əhəmiyyəti çox böyükdür"  |     20:02 "Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb  |     19:45 "Neftçi" və "Olimpiakos" komandalarının start heyəti açıqlanıb  |     19:22 Zelenski Putinə vədini yerinə yetirdi  |     19:19 Ağcəbədidə narkotik əkən şəxs saxlanılıb  |     19:13 Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb  |     19:01 Füzulidə daha iki erməni hərbçisinin qalıqları aşkar olunub  |     18:56 Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA  |     18:46 Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb  |     18:41 İraqda 14 İŞİD silahlısı saxlanılıb  |     18:35 Zəncirvari narkotik şəbəkəsi ifşa edildi  |     18:32 Türkiyədə 4,3 bal gücündə zəlzələ olub  |     18:26 Rusiya Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki hadisələri müzakirə edib  |     18:11 Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşdi  |     18:02 Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Ölənlər var - FOTO  |     17:55 Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım  |     17:45 Zod qızıl mədənini qanunsuz istismar edən şirkət texnikalarını ərazidən çıxardı - VİDEO  |     17:33 Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib  |     17:26 Ermənistan ehtiyatda olan hərbçiləri təlimlərə çağırmağı planlaşdırır  |     17:12 “Yeni Klinika”nın daha üç əməkdaşı həbs olundu  |    

Azərbaycanda polisə yeni səlahiyyət verilib
Azərbaycanda daxili işlər (polis) orqanlarına qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib.

SalamNews-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda deyilir.

İndiyə qədər qanunsuz lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı yalnız Vergilər Nazirliyi aparıb. Dəyişikliyə əsasən, bundan sonra qanunsuz lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı Vergilər Nazirliyi və ya daxili işlər orqanları aparacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            998 26.10.16 15:58