Azərbaycanda dövlət xəstəxanaları pullu xidmət göstərəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
00:00 Türkiyədə son 24 saat ərzində 73 nəfər koronavirusdan vəfat edib  |     23:50 Azərbaycan diasporu Niderland Krallığının parlamenti və senatına müraciət edib  |     23:42 Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya  |     23:34 Xəbər indilərdə açıqlandı: Bu yollar bağlanır  |     23:17 Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb  |     22:59 Hacıqabulda avtomobil aşıb, xəsarət alan var  |     22:48 Hərbçilərin maaşlarına əlavələr ediləcək  |     22:23 Rusiya müdafiə nazirliyi Paşinyanın "İsgəndər" haqda dediyini şərh etdi – VİDEO  |     22:00 Abşeronda avtomobil 41 yaşlı qadını vurdu  |     21:38 Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü  |     21:27 ATƏT PA-nın iclasında Xocalı canilərinin cəzalandırılması tələb edildi  |     21:19 Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə - 3-cü Qarabağ müharibəsi başlayır?  |     20:55 Putinlə Paşinyan arasında telefon danışığı olub  |     20:47 AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır  |     20:30 İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”  |     20:26 Türkiyəyə məxsus tarixi əsərlər Macarıstandan qaytarılacaq  |     18:56 Xocalının uşaq qurbanlarının manikenləri İsveçrənin əsas meydanlarında  |     18:50 Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA  |     18:21 Polşada şəhər meri ilə hökumət arasındakı qarşıdurma davam edir: III Avropa Oyunları təhlükədə  |     18:13 Oksigenlə zəngin hava şəraiti gözlənilir  |    

Azərbaycanda dövlət xəstəxanaları pullu xidmət göstərəcək
Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək.

Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən, indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.

Nizamnaməyə edilən digər dəyişikliyə əsasən, bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir. Qanuna əsasən, Azərbaycan ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir. İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ var.

Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir. Hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.

Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin edilir. Yetkinlik yaşına çatmayanların peşə yararlığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq hüququ var. Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları var.

Eyni zamanda, fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları var.

Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüququna malikdir.

Qanuna əsasən, özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərməlidirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrində pulsuz tibbi-sosial yardım göstərilir, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin olunurlar.
(apa.az)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 924 26.10.16 15:38