İlham Əliyev: Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Soyuq havada spirtli içkilərin qəbulu ziyandır - SƏBƏB  |     23:54 Pandemiya ən çox bu sahəyə ziyan vurub  |     23:49 Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyuldu  |     23:43 Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi  |     23:37 29 il sonra Laçında: Valideynlərimə Laçın suyu aparacağam (VİDEO)  |     23:24 COVID-19 antitellərinin hamiləlikdə körpəyə keçdiyi sübut edildi - ARAŞDIRMA  |     23:17 Avropa Liqası: İlk 1/8 finalçı məlum oldu  |     22:56 ABŞ erməni terrorunu əks etdirən sərgi təşkil olunub  |     22:49 Qarlı havada yıxılmamaq üçün diqqətli olun - MƏSLƏHƏTLƏR  |     22:40 Soyuq havanın dərimizə təsiri - Qar üzü gözəlləşdirir  |     22:33 Pensiyaçılara MÜHÜM XƏBƏR: 1 iyuldan... - RƏSMİ  |     22:26 Nizami rayonunda sərnişin avtobusu piyadanı vurdu  |     22:18 Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi  |     22:10 “Telegram”da yeni funksiya istifadəyə verilib  |     22:04 FHN vətəndaşlara müraciət etdi - VİDEO  |     21:55 Güclü qarın şimal-qərb bölgəsində fəsadları – VİDEO  |     21:37 "Neftçi" və "Zirə" öz aralarındakı oyuna itkilərlə çıxacaq  |     21:29 Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb  |     21:21 Aİ-nin terrorçu kimi tanıdığı "Sasna tsrer"in üzvlərinə hökm oxunub  |     21:08 Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA  |    

İlham Əliyev: Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək
“Nəqliyyat sahəsində layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək”.

Median.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

Dövlət başçısı deyib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq yekunlaşır:

“Həmin nəqliyyat dəhlizi Çindən Xəzər dənizi üzərindən, Azərbaycandan keçməklə Avropaya uzanır. Ümid edirəm ki, bir neçə aydan sonra biz həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik. Bil il başqa bir layihənin də icrasına başlanıb. Bu, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir.

Bu da bizə imkan verəcək ki, 10 milyon tonlarla yükü öz üzərimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi özəl bərə gəmiləri istifadə oluna bilər. Biz uzun illərdir ki, bu gəmilərdən istifadə edirik. Bu layihə də davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bütün sərmayələr dövlət tərəfindən qorunur:

“Azərbaycanda sabitlik hökm sürür. Neft qiymətləri ilə bağlı böhran da yaxşı imkan yaradıb və Azərbaycana sərmayə qoya bilərsiniz. Azərbaycan öz ehtiyatlarına arxalanan, özünü təmin edən, davamlı inkişafı bərqərar edən bir ölkədir. Biz neft qiymətlərini unutmaq əzmindəyik.

Mən Azərbaycana daha çox xorvat sərmayələrinin qoyulmasını istərdim. Amma bu, qarşılıqlı maraq, fəaliyyət üzərində qurulan bir prosesdir. Sərmayələr, şirkətlər iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır. Ümid edirəm ki, biznes dairələrimizin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 805 25.10.16 19:00