Şagird müəlliməni döyüb dodağını partlatdı - Bakıda şok olay » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:16 Çempionlar Liqası: "Neftçi" - "Olimpiakos" matçı başlayıb  |     21:02 Naxçıvanda maraqlı məhkəmə: Arvad işləmək istədiyi üçün ər ondan boşanır  |     20:49 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar  |     20:33 “Pfizer”: "Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər"  |     20:18 Serbiyalı oyunçu: "Sumqayıt"la matçın əhəmiyyəti çox böyükdür"  |     20:02 "Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb  |     19:45 "Neftçi" və "Olimpiakos" komandalarının start heyəti açıqlanıb  |     19:22 Zelenski Putinə vədini yerinə yetirdi  |     19:19 Ağcəbədidə narkotik əkən şəxs saxlanılıb  |     19:13 Xaçmazda güclü yağış fəsadlar törədib, 15 kəndə elektrik enerjisinin verilişi dayandırılıb  |     19:01 Füzulidə daha iki erməni hərbçisinin qalıqları aşkar olunub  |     18:56 Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA  |     18:46 Tokio-2020: Yaponiya zirvədə, Çin 2-ci sıraya qalxıb  |     18:41 İraqda 14 İŞİD silahlısı saxlanılıb  |     18:35 Zəncirvari narkotik şəbəkəsi ifşa edildi  |     18:32 Türkiyədə 4,3 bal gücündə zəlzələ olub  |     18:26 Rusiya Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki hadisələri müzakirə edib  |     18:11 Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşdi  |     18:02 Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Ölənlər var - FOTO  |     17:55 Məhdudiyyətlərin götürüldüyü Britaniyada koronavirusdan ölənlərin sayında kəskin artım  |    

Şagird müəlliməni döyüb dodağını partlatdı - Bakıda şok olay
Bakının Xətai rayonunda yerləşən 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib. 11-ci sinif şagirdi olan oğlan öz müəlliməsini vəhşicəsinə döyüb.
Hadisənin təfərrüatları isə belə olub:

Svetlana adlı fizika müəlliməsi şagirdin nizam-intizamından şikayət edərək onu danlayıb. Sonra daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib.

Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib.

Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər.

Hadisə mediada ictimailəşdikdən sonra şagirdi tərəfindən vurulduğu iddia edilən fizika müəllimi Svetlana Əkbərova baş verənlərlə bağlı açıqlama verərək, mətbuatda yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

"Dünən şagird sinifdə mahnı oxuduğu üçün ona irad tutdum, qanacaqlı-mərifətli olmasını tələb etdim. O da ərköyün uşaqdı, çığır-bağır saldı və sinif otağını tərk etdi. Biz həmin uşağı keçən il də məktəbdən uzaqlaşdırmaq istəyirdik, bəzi səbəblərdən son anda onu sinifdə saxladıq".
S.Əkbərova bildirib ki, hazırda məktəbdə işini davam etdirir: "Yazıblar ki, guya şagird məni vurub, bunlar cəfəngiyyatdır".
Ərzai üzrə Xətai rayon 34-cü Polis Bölməsinə məlum hadisə ilə bağlı hər hansı müraciət daxil olmayıb.
(moderator.az)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 719 22.10.16 15:03