Azərbaycanda süni mayalanma ilə bağlı QADAĞA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Gədəbəydə ağır yol qəzası olub, altı nəfər xəsarət alıb  |     22:16 Как отмечаете, девчонки?  |     21:37 ÜST pandemiyanın bitəcəyi tarixi elan etdi  |     21:20 DİN-dən feministlərin aksiyası ilə bağlı daha bir açıqlama - YENİLƏNİB  |     20:47 İranın Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını təbrik edib  |     20:19 Ərdoğanla Conson arasında telefon danışığı olub  |     20:05 Axtarışda olan 11 nəfər saxlanıldı  |     19:52 Göygöldə qar səbəbindən nəqliyyatın işi çətinləşib  |     19:40 Qubada avtomobildə daşınan almalar yola dağıldı  |     19:31 AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir  |     19:18 Murad Arif koronavirusa yoluxdu  |     18:38 Kibercinayətkarlar Çexiya banklarından 54 milyon avro oğurladı  |     18:11 Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum oldu - FOTO  |     18:01 Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib  |     17:52 “Caliber”: “Paşinyan fəal müdafiəyə keçir” - VİDEO  |     17:42 Suriya prezidenti və həyat yoldaşı koronavirusa yoluxdu  |     16:35 Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib  |     16:32 Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb  |     16:12 İstanbulda qadağa götürüldü, böyük tıxaclar yarandı  |     16:07 Yol polisi qadın sürücüləri belə təbrik etdi  |    

Azərbaycanda süni mayalanma ilə bağlı QADAĞA
Bir neçə gün əvvəl Nazirlər Kabineti reklamı qadağan olunan əmtəələrin yeni siyahısını dərc edib.

Median.Az qafqazinfo-ya istinadən bildirir ki, bu əmtəələr içərisində süni mayalanma ilə bağlı tibbi xidmətlərin reklamı da qadağan edilib.

Bu tibbi xidmət növü üzrə reklamın qadağan olunması isə ictimaiyyət arasında müzakirələrə səbəb olub. Çoxları belə başa düşür ki, bununla ölkədə süni mayalanma qadağan olunur. Məsələ isə ondan ibarətdir ki, söhbət süni mayalanmanın qadağan olunmasından yox, tibbi xidmətlərin reklam olunmasından gedir.

Ekspert Ərşad Hüseynov sosial şəbəkədə qərarda paradoksal məqamın yer aldığını vurğulayıb. Onun sözlərinə görə, qərarın 6-cı bəndində hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlərin reklamının qadağan olunması anlaşılandır: "Burada məqsəd odur ki, insanlar hələ dünyaya gəlməmiş övladını məhv etməkdən çəkinsinlər, ən azı onlar buna həvəsləndirilməsin. Ancaq 7- ci bənddə yuxarıda qadağan olunan məsələ yer alıb. Belə çıxır ki, təbii yolla övlada qovuşa bilməyənlərin süni mayalanma ilə bağlı müasir tibbi texnologiyadan istifadəyə təşviq edilməsi də məqsədəmüvafiq sayılmır".

Qeyd edək ki, sözügedə xidmətin qadağan olunmasının səbəbləri barədə məlumat verilməsə də, dünya praktikasında da belə bir qadağanın mövcud olduğu bildirilir.

Sözügedən sayt bu məqamda uzun illər Azərbaycanda süni mayalanma ilə bağlı tibbi xidmətlərin reklamı ilə məşğul olan Baku Medical Plazanın Süni Mayalanma Mərkəzi ilə əlaqə saxlayıb. Klinikadan bildiriblər ki, belə bir qərardan xəbərsizdirlər və bu haqda onları kimsə məlumatlandırmayıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 903 21.10.16 16:25