3 yaşlı qıza qarşı cinayət törədən şəxslərin görüntüləri yayıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |    

3 yaşlı qıza qarşı cinayət törədən şəxslərin görüntüləri yayıldı - VİDEO
Bir neçə gün əvvəl Gəncə şəhər Kəpəz rayonu ərazisində soyğunçuluq faktı qeydə alınıb.

ARB TV xəbər verir ki, Gəncə sakinləri İlkin Orucov və Seymur Quluzadə şəhərin müxtəlif ərazilərində, həyətdə oynayan uşaqları aldadaraq onların üzərindəki zinət əşyalarını oğurlayıblar.

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq faktının üstü isti izlərlə açılıb. 2 dost saxlanılıb.

Narkotik vasitə istifadəçisi olan dostlar elə oğurluğu da bu səbəbdən törətdiklərini bildiriblər.

Seymur Quluzadə narkotik vasitədən istifadə etdiyini təsdiqləyib: “Dərman içmişdim, şeytan beynimizə saldı”.

İlkin Orucov isə əsas işin Seymur tərəfindən görüldüyünü deyib:

“Məni çağırırdı ki, gəl bloka. Deyirdi ki, gedək, gedirdik. Blokda tək olurdu. Əlində qızılla gəlirdi”.

Hazırda polis onların digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.

Qeyd edək ki, adları qeyd edilən şəxslərin soyduqları qızın cəmi 3 yaşı olub.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            15 733 21.10.16 15:37