Taksi və avtobuslar "20 Yanvar" dairəsində maneə yaradır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:51 Bitkoinin qiyməti 34 min dolları ötüb  |     21:45 Hər 10 nəfərdən 5-i toyda yoluxur - Həkim  |     21:33 Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  |     21:20 Samuxda bıçaqlanma olub  |     21:07 "Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"  |     20:42 Gəncədə iki nəfəri ildırım vurub  |     20:17 Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO  |     20:11 Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb  |     20:06 ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı  |     19:55 Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı  |     19:52 17 mindən çox toy qeydiyyata alınıb  |     19:46 Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib  |     19:38 Kubanın Fransadakı səfirliyinə “molotov kokteyli” ilə hücum edilib  |     19:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıb  |     19:13 Türkiyə ordusu daha 3 terrorçunu zərərsizləşdirib  |     18:58 Baş Prokurorluq və DİN-dən Bakıda özünü partladaraq öldürən şəxslə bağlı birgə MƏLUMAT  |     18:36 Türkiyədə silahlı insident olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb  |     18:25 Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub - RƏSMİ  |     18:10 Təhsil tələbə kreditinin qaytarılması qaydası açıqlanıb  |     17:51 Polislərin toylara nəzarəti niyə artıb? - VİDEO  |    

Taksi və avtobuslar "20 Yanvar" dairəsində maneə yaradır - VİDEO
Bəziləri avtomobillərini yol kənarında ikinci sırada, bəziləri isə yolun ortasında saxlayır. Elə bu səbəbdən də yolda uzun tıxac əmələ gəlir.

Belə vəziyyət ''20 Yanvar'' dairəsində yaşanır.

Median.Az xezerxeber.com-a istinadən bildirir ki, aidiyyatı qurumlar tərəfindən taksi sürücülərinə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə vəziyyət dəyişməyib. Hələ də dairə ətrafında dayanaraq müştəri gözləyən yüzlərlə taksi var.

Taksi sürücüləri deyirlər ki, onlar məcburiyyətdən burada dayanırlar.

Dairənin yaxınlığında dayanan və Sumqayıta sərnişin daşıyan onlarla mikroavtobus isə vəziyyəti daha da ağırlaşdırır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova "Xəzər Xəbər"ə bildirdi ki, hazırda təmsil etdiyi qurum tərəfindən paytaxtda taksi dayanacaqlarının yerinin təyin edilməsi istiqamətində iş aparılır və bu çərçivədə "20 Yanvar" dairəsi də nəzərə alınacaq.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov isə həmin ərazinin 24 saat ərzində nəzarətdə olduğunu, gün ərzində dayanma-durma qaydalarını pozan 100-dən çox sürücünün ya birbaşa yol polisi əməkdaşları tərəfindən, ya da müşahidə kameraları vasitəsilə aşkarlanaraq cərimələndiyini dedi.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 097 20.10.16 22:07