Ronaldinyonu Bakıya Kəmaləddin Heydərovun oğlu gətirib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Çempionlar Liqası: 4 oyunda 10 qol vuruldu  |     22:49 IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib  |     22:29 Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  |     22:16 Clubhouse-da dəvətnamə sistemi ləğv edilib  |     22:05 Bu vaksin Braziliya ştammına qarşı təsirsizdir - Araşdırma  |     22:00 Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var  |     21:51 Bitkoinin qiyməti 34 min dolları ötüb  |     21:45 Hər 10 nəfərdən 5-i toyda yoluxur - Həkim  |     21:33 Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  |     21:20 Samuxda bıçaqlanma olub  |     21:07 "Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"  |     20:42 Gəncədə iki nəfəri ildırım vurub  |     20:17 Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO  |     20:11 Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb  |     20:06 ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı  |     19:55 Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı  |     19:52 17 mindən çox toy qeydiyyata alınıb  |     19:46 Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib  |     19:38 Kubanın Fransadakı səfirliyinə “molotov kokteyli” ilə hücum edilib  |     19:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıb  |    

Ronaldinyonu Bakıya Kəmaləddin Heydərovun oğlu gətirib - FOTO
Məşhur braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib.

Modern.az saytı Ronaldinyonun Bakıya gəlməsinin səbəbini araşdırıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, Ronaldinyonun Azərbaycana gəlməsinin AFFA ilə əlaqəsi yoxdur.

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran "Qəbələ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, Ronaldinyonu Bakıya "Qəbələ"nin prezidenti Tale Heydərov gətirib.

Ronaldinyonun Bakıya "Qəbələ" futbol klubu ilə əməkdaşlıq üçün dəvət olunduğu bildirilib.

"Bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Ronaldinyo ilə "Qəbələ" klubunun əməkdaşlığına dair mətbuat konfransı keçiriləcək. Konfransda bütün suallar cavablandırılacaq".

Qeyd edək ki, "Qəbələ"nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

"Barselona", PSJ və "Milan"ın sabiq futbolçusu Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.
2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək "Qızıl top" mükafatını qazanıb.
FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.

Ronaldinyonu Bakıya Kəmaləddin Heydərovun oğlu gətirib - FOTO
Ronaldinyonu Bakıya Kəmaləddin Heydərovun oğlu gətirib - FOTO
Ronaldinyonu Bakıya Kəmaləddin Heydərovun oğlu gətirib - FOTO
Ronaldinyonu Bakıya Kəmaləddin Heydərovun oğlu gətirib - FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 475 20.10.16 12:57