Bacısının əri ilə qoşulub qaçan qızın ölkədən çıxışına qadağa qoyuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |     19:52 Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu  |     19:40 Azərbaycan alkoqollu içkilərə nə qədər xərc çəkib?  |     19:25 Salyan sakinlərindən "patı" aşkarlandı  |     19:24 Azərbaycanda 9 yaşlı uşaq su kanalında batdı  |     19:19 Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib  |     19:16 Əfqanıstanda partlayış: Ölən və yaralananlar var  |     19:15 Türkiyədə təlimdə olan pilotlarımızın bir qrupu Vətənə qayıtdı  |     19:06 Həbib Nurməhəmmədov azərbaycanlı idmançını təbrik etdi - FOTO  |     19:04 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"  |     18:49 Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - AÇIQLAMA  |     18:17 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 29 nəfər vəfat edib - FOTO  |     18:02 Azərbaycanda köməksiz qalan 35 nəfər xilas edildi - VİDEO  |     17:51 Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb  |     17:46 Qondarma rejimin “bayrağ”ını silən polis kimdir? - FOTO/VİDEO  |     17:28 Maqsud Mahmudovun Ukraynadan Azərbaycana gətirilmə anı - VİDEO  |     17:01 Bazar gününə olan hava proqnozu AÇIQLANDI  |     15:53 Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO  |     15:40 Azərbaycanda dəhşətli qəza: Sürücü iki gözətçini vurdu - VİDEO  |     15:37 İmişlidə 33 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB  |    

Bacısının əri ilə qoşulub qaçan qızın ölkədən çıxışına qadağa qoyuldu
Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın və onun qoşulub qaçdığı bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlunun barəsində axtarış elan olunub.

Median.Az bildirir ki, bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. 15 yaşlı A.Nağıyevanın tapılması üçün Cəlilabad Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu axtarışla bağlı Bakının Qaradağ rayonunun Buta qəsəbəsi və Cəlilabadın ucqar kəndlərində əməliyyat keçirib: "Bununla bağlı Bakıda Buta qəsəbəsində, oğlanın işlədiyi daş karxanalarında əməliyyat-axtarış tədbirləri keçirilsə də, axtarışlar heç bir nəticə verməyib. Cəlilabad rayonunun İranla sərhəd ərazilərində yerləşən kəndlər də axtarılıb, həmin şəxslərin gizlənməsi ehtimal edilən ev və obyektlərə baxış keçirilib. Hazırda azyaşlı qızın qaçırılması ilə bağlı axtarışlar davam etdirilir".

Qeyd edək ki, A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyib və həmin şəxs itkin düşən A.Nağıyevanın bacısının həyat yoldaşıdır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 646 19.10.16 17:35