Sosial şəbəkələrdə saxta iş elanlari verilir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |    

Sosial şəbəkələrdə saxta iş elanlari verilir - VİDEO
Sosial şəbəkələrdə saxta iş elanlari peyda olub. Yüksək maaş vəd verən və tanınmış şirkətlərin adından istifadə edən fırıldaqçılar vətəndaşların şəxsi məlumatlarını toplamaqla məşğuldurlar. Ekspertlər bu cür elanlara qarşı vətəndaşları diqqətli olmağa çağırır.

Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tərkibindəki "Delta" MMC üçün satış mərkəzlərində işləmək üçün fəhlə axtarılır, əmək haqqı 700 manatdır.

Median.Az xezerxeber.com-a istinadən bildirir ki, bir müddət öncə feysbuk sosial şəbəkəsində yayılan bu elan iş axtaran şəxsləri sevindirsə də, uzun çəkməyib. Çünki elana müraciət edənlərin təşəbbüsləri cavabsız qalıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə onların tərkibində "Delta" MMC adlı şirkətin olmadığını bəyan edib. Yəni elan fırıldaq üçün atılan bir addım imiş. Ekspertlər bildirir ki, bu cür yalan məlumat verən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.

Ancaq bu cür elan verənlərin məsuliyyəti bununla da bitmir. Əgər bu elanın verilməsi ilə əlaqədar olaraq kiməsə maddi və mənəvi zərər dəyərsə cəzalar daha da sərtləşir.

Buna görə də mütəxəssislər iş elanlarını kifayət qədər araşdırmadan heç kimə sənədlərini və şəxsi məlumatlarını etibar etməməyi tövsiyyə edirlər. Çünki son zamanlar iş tapmaq adı ilə vətəndaşlardan qanunsuz pul tələb etmək, eləcə də vətəndaşların şəxsi məlumatlarını toplayaraq bundan başqa məqsədlər üçün istifadəyə cəhdlər artıb.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 800 18.10.16 21:37