Telefon dükanı adı aldında valyuta dəyişir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |     19:52 Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu  |    

Telefon dükanı adı aldında valyuta dəyişir - VİDEO
Bakıda telefon dükanı adı aldında valyuta dəyişir... Lisensiyası ləğv edildiyindən məntəqəni kiçik bir telefon mağazasına çevirib. Cəmi bir neçə telefon olan mağazanın fəaliyyət istiqaməti isə əslində fərqlidir.

Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildiyindən o, belə üsula əl atıb. Telefon dükanı kimi qələmə verdiyi mağazada valyuta dəyişir. Çəkiliş etdiyimizi görəndə isə dolların məzənnəsini göstərən yazını sökür.

Qara Qarayev prospektində Neftçilər metrostansiyasının yaxınlığında qanunsuz yolla fəaliyyət göstərən daha bir valyutadəyişmə məntəqəsi var. Oranın sahibi isə fəaliyyətini gizlətmək üçün çöl lövhəyə məzənnə vurmayıb.

Median.Az xezerxeber.com-a istinadən bildirir ki, məntəqəyə daxil olduqda görünür ki, həm yerdə, həm də elektron lövhədə dollar, avro və rublun məzənnəsi yazılıb. Halbuki, valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir.

Kameranı gördükdə isə pəncərəni bağlayaraq gizlənməyə çalışır.

Şahidlərin sözlərinə görə, bu valyutadəyişmə məntəqələri günün pik saatlarında fəaliyyət göstərirlər. Sahibləri həbs olunmaqdan qorxduqları üçün digər vaxtlarda qapını bağlı saxlayırlar.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, belə fəaliyyət qanunsuzdur. Valyuta mübadiləsi əməliyyatları yalnız bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir.

"Biz həmin məntəqələrlə bağlı araşdırma aparıb, hüquq mühafizə orqanlarına xəbər verəcəyik",- deyə məlumatda bvildirilib.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 271 18.10.16 21:35