Göyçayda əhali ayağa qalxdı, DYP rəisi işdən çıxarıldı - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |     19:52 Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu  |    

Göyçayda əhali ayağa qalxdı, DYP rəisi işdən çıxarıldı - FOTOLAR
Göyçayda əhali rayonun mərkəzi yolunu bağlayıb. Median.Az xəbər verir ki, rayondan istiqlal.az-a daxil olan məlumata görə əhalinin narazılığına səbəb olan rayon Yol Polis Şöbəsinə yeni təyin olunmuş rəis Vüqar Qasımovun hərəkətləridir.

Yol polisinin rəisi sürücülərin hər xırda xətasını böyük bir cinayət kimi təqdim etməklə maşınlarını cərimə meydançasına apartdırır, sonradan 500-800 manat müqabilində maşınları özlərinə qaytarır. 10 gün əvvəl bu vəzifəyə təyin olunan yol polisi rəisinin bu fəaliyyəti elə belə də ağır sosial şərtlərlə üz-üzə qalan əhalinin ayağa qalxıb Bakıdan rayona uzanan əsas magistral yolun bloklamaları ilə nəticələnib.

Əhali yerli icra hakimiyyətndən yol polisi rəisi ilə bağlı tədbir görülməsini tələb edir. Az əvvəl əraziyə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gəlib. Başçı bildirib ki, əhalini haqlı narazılığı ilə bağlı DİN rəhbərliyinə müraciət edəcək və əhalidən dağılışmalaırını tələb edib. Əhali dağılışsa da, yolun 1 saata yaxın bağlanması nəticəsində yaranan tıxac mağistralın hələ də bağlı qalmasına səbəb olub.

***

Xalqxeber.az-a daxil olan məlumata görə, artıq DYP rəisinin işdən çıxarılması barəsində Daxili İşlər Nazirliyi qərar qəbul edib və yaxın saatlarda ölkə ictimaiyyətinə rəsmi məlumat veriləcək.

Göyçayda əhali ayağa qalxdı, DYP rəisi işdən çıxarıldı - FOTOLAR
Göyçayda əhali ayağa qalxdı, DYP rəisi işdən çıxarıldı - FOTOLAR
Göyçayda əhali ayağa qalxdı, DYP rəisi işdən çıxarıldı - FOTOLAR
Göyçayda əhali ayağa qalxdı, DYP rəisi işdən çıxarıldı - FOTOLAR
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            26 974 15.10.16 16:57