Dəmirlərin arasında qalan uşağı xilas edən polis: Vəzifə borcumdur - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:30 Rusiyada seçkilərin nəticələri: Daha bir partiya Dumada təmsil olunacaq  |     12:22 Türkiyə finalda altı qol vuraraq Avropa çempionu oldu  |     12:17 Əfsanəvi boksçu prezidentliyə namizəd oldu  |     12:12 İspaniya Baş naziri ABŞ-a getməkdən imtina etdi  |     12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |    

Dəmirlərin arasında qalan uşağı xilas edən polis: Vəzifə borcumdur - VIDEO
Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşı, əslən Masallıdan olan polis serjantı Bayramzadə Tusi Kamal oğlu Bakı-Quba avtomobil yolunun 47-ci kilometrliyində xidmət apararkən dəmir qurğuların arasında qalan bir yeniyetmə qızı görür. Həmin uşaq nə az, nə çox düz dörd saat qurğular arasında insanlardan kömək istəyir.

Median.Az
"cenubnews.com"a istinadən xəbər verir ki, bu anı görən polis serjantı xidməti maşınının mayakını yandıraraq geriyə hərəkət edir. Bu istiqamətdə sürət həddi saatda 110 kilometrdir. Çətin vəziyyətdə olan qız uşağına köməklik göstərir və hərəkətin təhlükəsizliyini təmin etməklə yolun o biri hissəsinə keçirir.

Təbii ki, bu səhnəni çoxları görüb və heç bir sürücü avtomobili saxlayıb yeniyetməni həmin yerdən götürməyib. Polis serjantı Tusi Bayramzadə deyir ki, mənim vəzifə borcum və eləcə də insanpərvərlik duyğularım tələb etdi ki, bu addımı atım. Əgər o qız uşağını həmin an çətin vəziyyətdən qurtara bilməsəydim özümü bağışlaya bilməzdim.

Bu barədə tağım komandiri, polis mayoru Ürfət Şükürov da öz fikirlərini bildirib. Tusi Bayramzadə haqqında isə tağım komandiri dedi ki, o, dəfələrlə qəza baş vermiş zaman ağır vəziyyətdə olan sərnişinlərə yaxından köməklik göstərib. Məhz bu cür nümunəvi hərəkətlərinə görə o, Daxili İşlər Nazirliyi tərəfindən «Əla xidmətə görə» döş nişanı ilə təltif olunub və bir neçə dəfə mükafatlandırılıb. Bu gün də biz ona çalışırıq ki, xidmət apardığımız Bakı-Quba avtomobil yolunda sürücülər, sərnişinlər və yol polisi arasında yüksək mədəni münasibətlər yaransın və hər iki tərəf bir-biriylə normal davransın. Belə olanda biz də xidmət apardığımız işdən zövq alırıq.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            18 451 15.10.16 16:53