Dolların "qara bazar" qiyməti qalxdı » Median.Az News Agency


Dolların "qara bazar" qiyməti qalxdı
Banklardan dollar almaq çətinləşdikcə "qara bazar"da qiymət sürətlə bahalaşır. Fins.az bildirir ki, hazırda Bakıda "qara bazar"da bir dolların satış kursu 1.73-1,75 manat arasında dəyişir. Həmçinin dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə "bazarlıq" edirlər.

Gəncə şəhərində isə qara bazarda 1 dollar 1,72-1,73 manata satılır. Fins.az xəbər verir ki, əvvəllər bu bazarda valyuta əməliyyatları limitsiz olsa da, indi əksəriyyəti 500-1000 dollar civarında satış həyata keçirirlər.

Qeyd edək ki, 31.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6321 səviyyəsində müəyyən olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 421 213 31.08.16 17:22