Mojo.az Banner
23:03 KİV: Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər  |     22:54 Gümrünün sabiq merinin həbs müddəti uzadıldı  |     22:48 Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar  |     22:40 Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi  |     22:29 Ağdamda traktorçu minaya düşdü  |     22:16 TƏCİLİ: Sumqayıtda həlak olan gənc partiya sədrinin nəvəsi imiş  |     22:09 Bu şəxslər təltif edildi - SİYAHI  |     22:01 Vüqar Əhməd Elmlər Akademiyasına üzv seçildi  |     21:53 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     21:51 Bakıda iki avtomobil toqquşdu, biri yanacaqdoldurma məntəqəsinə çırpıldı - Tıxac yarandı  |     21:32 Türkiyəli müğənni Güllünün ölümündən sonra mirası bəlli oldu  |     21:23 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:15 Camış ətini dana əti adı ilə təqdim edən restoran bu iş adamınındır  |     21:09 Zelenski Ukraynaya təzminat kreditini müzakirə etmək üçün Aİ sammitində iştirak edəcək  |     21:07 Ağstafada üç uşağını döydüyü iddia edilən ata saxlanılıb - YENİLƏNİB  |     21:00 Şuşada 30 milyon manata yaşayış binaları tikiləcək  |     20:53 "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək  |     20:28 Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı  |     20:22 Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi  |     20:12 Putin cizgi filminin qəhrəmanı oldu  |    
Left Banner
Right Banner

Nazir: Gələn il imtiyazlı şəxslərin mənzillə təminatına 50 milyon manat xərclənəcək

05.11.2025 19:54 378
Nazir: Gələn il imtiyazlı şəxslərin mənzillə təminatına 50 milyon manat xərclənəcək
Gələn il imtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 mln. manat vəsait xərclənməsi nəzərdə tutulur.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.

Nazir bildirib ki, dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə 2 milyard 834 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

O qeyd edib ki, bu da cari il üzrə ayrılan vəsait ilə müqayisədə 112 milyon manat (və ya 4%) çoxdur:

"Bu vəsaitin 97%-i və ya 2 milyard 751 milyon manatı əhaliyə ödənişlərə sərf ediləcək. Bu da cari illə müqayisədə 151 milyon manat (və ya 5,8%) çoxdur. Belə ki, müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 76%, ÜDSY üzrə 465 milyon manat (və ya 16%), haqqı ödənilən ictimai işlərin təşkili üzrə xərclər üzrə 141,7 milyon manat (və ya 5%) vəsait nəzərdə tutulub".

A.Əliyev əlavə edib ki, növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarı həddinin 285 manatdan 300 manata (5,3%) artırılması proqnozlaşdırılır.
скачать dle 11.3