Mojo.az Banner
11:15 Ağsuda saxta sənədlər hazırlayan şəxs tutulub  |     23:03 KİV: Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər  |     22:54 Gümrünün sabiq merinin həbs müddəti uzadıldı  |     22:48 Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar  |     22:40 Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi  |     22:29 Ağdamda traktorçu minaya düşdü  |     22:16 TƏCİLİ: Sumqayıtda həlak olan gənc partiya sədrinin nəvəsi imiş  |     22:09 Bu şəxslər təltif edildi - SİYAHI  |     22:01 Vüqar Əhməd Elmlər Akademiyasına üzv seçildi  |     21:53 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     21:51 Bakıda iki avtomobil toqquşdu, biri yanacaqdoldurma məntəqəsinə çırpıldı - Tıxac yarandı  |     21:32 Türkiyəli müğənni Güllünün ölümündən sonra mirası bəlli oldu  |     21:23 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:15 Camış ətini dana əti adı ilə təqdim edən restoran bu iş adamınındır  |     21:09 Zelenski Ukraynaya təzminat kreditini müzakirə etmək üçün Aİ sammitində iştirak edəcək  |     21:07 Ağstafada üç uşağını döydüyü iddia edilən ata saxlanılıb - YENİLƏNİB  |     21:00 Şuşada 30 milyon manata yaşayış binaları tikiləcək  |     20:53 "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək  |     20:28 Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı  |     20:22 Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi  |    
Left Banner
Right Banner

Bu avtobusların hərəkət sxemində dəyişiklik edilir

04.11.2025 17:09 258
Bu avtobusların hərəkət sxemində dəyişiklik edilir
Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Dəyişikliyə əsasən: 1, 2, 46 və H1 nömrəli marşrutlar "28 May" NMM - Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Mərkəzi Bulvar küçəsi – 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası – Süleyman Rəhimov küçəsi ("28 May" metrostansiyası) istiqamətində hərəkət edəcək.

6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) – Su İdmanı Sarayı – "Binə" ticarət mərkəzini əhatə edir.

10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq.

20 nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

21, 120 və 120E nömrəli marşrutlar "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

30 və 49 nömrəli marşrutlar "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

32 nömrəli marşrut "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi ilə;

65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi olmaqla fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək.

88A nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Puşkin küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

125 nömrəli marşrutun son dayanacaq məntəqəsi "28 May" NMM olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi ilə təşkil ediləcək.

149 nömrəli marşrut Sahil qəsəbəsi – "20-ci Sahə" dairəsi istiqamətində fəaliyyət göstərəcək.

205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.
скачать dle 11.3