17:42 Hacıqabulda ağır qəza: Xəsarət alanlar var  |     17:34 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq  |     15:49 Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - AYLIQ PROQNOZ  |     15:36 Bakıda poliklinikada rentgen-müayinə fəaliyyətində qüsurlar aşkarlanıb  |     15:25 Piyadanın ölümündə ittiham edilən sürücüyə bəraət verildi  |     14:58 “Laçın” sərhəd-buraxılış məntəqəsindən son görüntülər - VİDEO  |     14:50 Məktəbli qızı avtomobilinə mindirmək istəyən şəxs həbs edildi  |     14:44 Qarabağda memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib - VİDEO  |     14:42 Rusiyanın valyuta və törəmə alətlər bazarını liberallaşdırması Azərbaycana nə vəd edir?  |     14:41 Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib  |     14:38 İlham Əliyev və Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar  |     14:37 Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar  |     14:36 Yaşar Güler Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib - FOTO  |     14:31 Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib  |     14:30 Sentyabrın son gününün hava proqnozu açıqlanıb  |     14:26 28 il əvvəl əsgəri öldürən şəxs müəyyən olunub  |     14:19 Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib  |     13:49 Baş nazir Əli Əsədov Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb  |     13:34 Xankəndidəki partlayışda ölənlərin sayı 170 nəfərə çatıb  |     13:26 Bakıda 43 min qutu aksiz markasız siqaretin realizə olunmasının qarşısı alınıb - FOTO  |    
Azərbaycanda 35 sahibkarın vaxtı ötmüş kredit borcunu dövlət bağlayıb
Maliyyə Nazirliyi 35 sahibkarın vaxtı ötmüş kredit borcunu banklara ödəyib.

Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illərdə kommersiya banklarının sahibkarlara ayırdığı kreditin 60 %-ə qədərinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub. Dövlət dəstəyi sayəsində 2 628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manatı dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, bu Fondun isə banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub.

Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən, əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 8 ayı ərzində isə 21 sahibkarın əvəzinə 1 339,6 min manat vəsait ödəyib.

Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir.
//reportскачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 19.09.23 20:18