23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |     20:11 Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib  |     20:02 Ermənistanda qızılcaya yoluxanların sayı artır  |     19:56 Misirdə polis idarəsində yanğın olub, 38 nəfər yaralanıb  |     19:48 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib  |     19:40 Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölüb  |     19:28 Qazaxıstan “Pfizer” və “AstraZeneca” dərmanlarının istehsalını yerliləşdirməyi planlaşdırır  |     19:19 Yaponiyada ərzaq qiymətləri kəskin bahalaşıb  |    
Ərdoğan daha bir milyon suriyalı qaçqının ölkəsinə geri göndəriləcəyini açıqlayıb
“İndiyədək 600 minə yaxın suriyalı qaçqın ölkəsinə geri qaytarılıb, bu siyahıya daha bir milyon insan əlavə ediləcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ telekanalına açıqlamasında deyib.

Bildirilib ki, bu proses Suriyada hazırda tikilməkdə olan daimi yaşayış evlərinin başa çatdırılması ilə icra olunacaq.

Türkiyə Prezidenti ölkəsinin dünyada ən çox qaçqına ev sahibliyi etməsinə də diqqət çəkib: “Dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə olaraq suriyalı qaçqınların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə geri qayıtmalarını təşviq etmişik. Orada tikilməkdə olan daimi yaşayış yerlərinin başa çatdırılması ilə geri qaytarılan qaçqınların sayına daha 1 milyon insan əlavə olunacaq. Lakin biz görürük ki, ölkələrin bu sahələrdə fərdi səyləri yetərli deyil və beynəlxalq həmrəyliyin artırılmasına ehtiyac var”.

Ərdoğan qlobal güc rəqabətinin beynəlxalq sistemə vurduğu zərərdən narahatlıq duyduqlarını da söyləyib: “Qaydalara əsaslanan, ədalətli beynəlxalq nizamı müdafiə edirik. Bu kontekstdə hesab edirik ki, Təhlükəsizlik Şurası başda olmaqla Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarda bu günün tələblərinə cavab verəcək şəkildə islahat aparılmalıdır. BMT-nin Baş katibi də bu yaxınlarda bu məqama toxunaraq “İkinci Dünya müharibəsindən sonra qurulan çoxtərəfli qurumlar bugünkü dünyanı əks etdirmir” deyə bildirdi. O, xüsusilə BMT Təhlükəsizlik Şurasında daha çox nümayəndəliyin olması zəruriliyinə diqqət çəkdi. Bu baxış bizim çoxdan ifadə etdiyimiz “Dünya beşdən böyükdür” qənaətimizi təsdiqləyir”.скачать dle 11.3



Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 19.09.23 19:46