USQ daha bir komandiri məhv etdi
Ukrayna Silahlı Qüvvələri 31-ci Ulyanovsk hava-desant briqadasının komandiri, polkovnik Andrey Kondraşkinı məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Rosqvardiya"nın "DXR üzrə rəis müavini” Aleksandr Xodakovski məlumat yayıb.
Jurnalist Denis Kazanski "Telegram"da yazır ki, Kondraşkinin komandanlıq etdiyi 31-ci Ulyanovsk hava-desant batalyonu 2014-cü ildə Krımın işğalında və İlovaisk şəhərinin alınmasında, həmçinin 2022-ci ildə Qostomel uğrunda döyüşlərdə iştirak edib.
"Bu səviyyəli komandirin ölümü o deməkdir ki, rus işğalçılarının arxa cəbhəsindəki komanda məntəqəsi növbəti dəfə dəqiq vurulub", - Kazanski əlavə edib.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!