Masallıda 25 yaşlı gənc qətlə yetirilib
Masallı rayonunda 25 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib.
Hadisə Musaküçə kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimov yaralı halda, təcili yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətlin hansı səbəbdən törədilməsi hələlik məlum deyil. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!