23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |     20:11 Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib  |     20:02 Ermənistanda qızılcaya yoluxanların sayı artır  |     19:56 Misirdə polis idarəsində yanğın olub, 38 nəfər yaralanıb  |     19:48 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib  |     19:40 Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölüb  |     19:28 Qazaxıstan “Pfizer” və “AstraZeneca” dərmanlarının istehsalını yerliləşdirməyi planlaşdırır  |     19:19 Yaponiyada ərzaq qiymətləri kəskin bahalaşıb  |    
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb
Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı təklifi baxılmaq üçün qəbul etdiyini təsdiqləyib. Bildirilir ki, iş baxılması üçün ali məhkəmə orqanının plenumuna verilib.

Bu barədə qurumun Mətbuat Xidmətindən bildirilir.

Bildirilir ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası Konstitusiya Məhkəməsində Gürcüstan Prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün 80 deputatın yazılı tələbi ilə birlikdə konstitusiya təklifini təqdim edib.

Konstitusiya Məhkəməsinin plenumu bir ay ərzində təklifə baxacaq və daha sonra rəyini parlamentə təqdim edəcək.

Xatırladaq ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası dövlət başçısı hökumətin icazəsi olmadan avqustun 31-də xaricə səfərə yollandıqdan sonra ona qarşı impiçment prosesinin başlandığını elan edib. Partiyadan qeyd edilib ki, Zurabişvili “radikal müxalifət”lə birgə fəaliyyət göstərir və Gürcüstanın Avropaya inteqrasiyasına mane olur.

Mənbə: “Sputnik” Gürcüstanскачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 18.09.23 17:19