23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |     20:11 Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib  |     20:02 Ermənistanda qızılcaya yoluxanların sayı artır  |     19:56 Misirdə polis idarəsində yanğın olub, 38 nəfər yaralanıb  |     19:48 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib  |     19:40 Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölüb  |     19:28 Qazaxıstan “Pfizer” və “AstraZeneca” dərmanlarının istehsalını yerliləşdirməyi planlaşdırır  |     19:19 Yaponiyada ərzaq qiymətləri kəskin bahalaşıb  |    
Prezident İlham Əliyev Azərbaycanın musiqi ictimaiyyətini təbrik edib
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevərləri 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə təbrik edib.

President.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Bu mədəniyyət bayramı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir.

Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır.

Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir.

Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir.

Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırıb.

Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırıb.

Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur.

Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaq”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 18.09.23 15:16