12:13 Rüşvətə görə tutulan dekana cəza verildi  |     11:56 Uzunmüddətli öskürək xərçəngin əlaməti ola bilər  |     11:55 Aeroport şosesində qəza səbəbindən sıxlıq yaranıb  |     11:54 Buludlarda mikroplastik tapıldı  |     11:53 TDT Naxçıvan Bəyannaməsi ilə bağlı paylaşım edib - VİDEO  |     11:45 Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb  |     11:41 Antiterror tədbirlərində şəhid olan daha beş hərbçimizin kimliyi müəyyənləşib - SİYAHI  |     23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |    
Ana Birçall: “Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozur”
“Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozaraq itkin düşən azərbaycanlıların taleyi ilə bağlı məlumat verməkdən imtina edir”.

“Report” xəbər verir ki, bunu Rumıniya baş nazirinin keçmiş müavini Ana Birçall Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

A.Birçall vurğulayıb ki, dörd minə yaxın Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs hesab olunur və bu da problemin ciddiliyindən xəbər verir:

“Bir çox ailələr hələ də yaxınları haqqında heç bir məlumat ala bilmirlər. Ümid edirəm ki, növbəti konfransda bu məsələdə irəliləyişi qeyd edə biləcəyik”.

Siyasətçi Rumıniya ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğuna həmişə inandığını vurğulayıb.

Baş nazirin keçmiş müavini iki ay əvvəl Şuşaya səfər etdiyini də xatırladıb:

“Hər səfərimdə Qarabağ bölgəsinin yenidən qurulmasında daha çox irəliləyişin şahidi oluram”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 18.09.23 12:57