12:13 Rüşvətə görə tutulan dekana cəza verildi  |     11:56 Uzunmüddətli öskürək xərçəngin əlaməti ola bilər  |     11:55 Aeroport şosesində qəza səbəbindən sıxlıq yaranıb  |     11:54 Buludlarda mikroplastik tapıldı  |     11:53 TDT Naxçıvan Bəyannaməsi ilə bağlı paylaşım edib - VİDEO  |     11:45 Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb  |     11:41 Antiterror tədbirlərində şəhid olan daha beş hərbçimizin kimliyi müəyyənləşib - SİYAHI  |     23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |    
Prezident: “Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi ekshumasiya işlərinə ciddi maneələr yaradır”
“2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsindən dərhal sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə son iki ildə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilib. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olub və bu barədə ictimaiyyətə məlumat verilib.

“İtkin düşmüş şəxslər məsələsi postmünaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir”, - deyə məktubda diqqətə çatdırılıb.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 18.09.23 12:54