23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |     20:11 Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib  |     20:02 Ermənistanda qızılcaya yoluxanların sayı artır  |     19:56 Misirdə polis idarəsində yanğın olub, 38 nəfər yaralanıb  |     19:48 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib  |     19:40 Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölüb  |     19:28 Qazaxıstan “Pfizer” və “AstraZeneca” dərmanlarının istehsalını yerliləşdirməyi planlaşdırır  |     19:19 Yaponiyada ərzaq qiymətləri kəskin bahalaşıb  |    
Prezident İlham Əliyev: “İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir”
“İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3 890 vətəndaşımız itkin düşüb. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib.

Qeyd edilib ki, etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalıb, qətlə yetirilib və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılıblar.

“İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb və bu illər ərzində səmərəli fəaliyyət göstərib”, - deyə məktubda vurğulanıb.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            453 18.09.23 12:52