23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |     20:11 Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib  |     20:02 Ermənistanda qızılcaya yoluxanların sayı artır  |     19:56 Misirdə polis idarəsində yanğın olub, 38 nəfər yaralanıb  |     19:48 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib  |     19:40 Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölüb  |     19:28 Qazaxıstan “Pfizer” və “AstraZeneca” dərmanlarının istehsalını yerliləşdirməyi planlaşdırır  |     19:19 Yaponiyada ərzaq qiymətləri kəskin bahalaşıb  |    
Naftalanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb
Naftalanda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsinin və Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E.Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günündə E.Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A.Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A.Vəliyev H.Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.

Şübhəli şəxslərdən E.Əhmədli, H.Məmişov, R.Məmmədzadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər, hazırda A.Vəliyevin saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 18.09.23 12:49