18:30 Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb - FOTO  |     18:07 Rusiya nəşri Qarabağdakı separatçıların özünü buraxmasından yazdı - FOTO  |     17:51 Mikayıl Cabbarov Gürcüstanın baş naziri ilə görüşüb - FOTO  |     17:45 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb - YENİLƏNİB (FOTO/VİDEO)  |     17:42 Hacıqabulda ağır qəza: Xəsarət alanlar var  |     17:34 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq  |     15:49 Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - AYLIQ PROQNOZ  |     15:36 Bakıda poliklinikada rentgen-müayinə fəaliyyətində qüsurlar aşkarlanıb  |     15:25 Piyadanın ölümündə ittiham edilən sürücüyə bəraət verildi  |     14:58 “Laçın” sərhəd-buraxılış məntəqəsindən son görüntülər - VİDEO  |     14:50 Məktəbli qızı avtomobilinə mindirmək istəyən şəxs həbs edildi  |     14:44 Qarabağda memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib - VİDEO  |     14:42 Rusiyanın valyuta və törəmə alətlər bazarını liberallaşdırması Azərbaycana nə vəd edir?  |     14:41 Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib  |     14:38 İlham Əliyev və Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar  |     14:37 Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar  |     14:36 Yaşar Güler Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib - FOTO  |     14:31 Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib  |     14:30 Sentyabrın son gününün hava proqnozu açıqlanıb  |     14:26 28 il əvvəl əsgəri öldürən şəxs müəyyən olunub  |    
ÜST: “Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb”
Mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa yoluxub, 10,4 mindən çox insan xəstəlikdən ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Eyni zamanda, diqqət çəkilib ki, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 47 %, yoluxmaların sayı 38 % azalıb.

Azərbaycanda isə, “Report”un Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi statistik məlumatlara əsasən apardığı hesablamalara görə, eyni dövr ərzində 306 yoluxma, 20 ölüm halı qeydə alınıb ki, bu da aprelin 10-dan mayın 7-dək olan analoji dövrlə müqayisədə müvafiq olaraq 74 və 67 faiz azalma deməkdir. Belə ki, sözügedən aprel-may dövründə 1 195 yoluxma və 60 ölüm halı qeydə alınmışdı.

Bundan başqa, ÜST-nin məlumat bülleteninə əsasən, dörd həftə ərzində dünyada 1 720 356 yoluxma və 10 463 ölüm halı qeydə alınıb. Bu müddət ərzində ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb - 470 093. Sonrakı yerləri Avstraliya (147 684), Braziliya (113 286), Fransa (93 850) və ABŞ (93 260) tutur. Mayın 8-dən iyunun 4-dək ən çox ölüm ABŞ-də qeydə alınıb - 1943. İkinci yerdə Braziliya (1074), daha sonra isə Fransa (555), İtaliya (549) və Rusiya (532) gəlir.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            399 09.06.23 19:11