BQXK əməkdaşları Qarabağın 15 erməni sakinini Ermənistandakı tibb mərkəzlərinə aparıblar
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Qarabağın 15 erməni sakinini Ermənistandakı tibb mərkəzlərinə aparıblar.
Bu barədə Ermənistan mediası xəbər yayıb.
Bildirilir ki, xəstələr iyunun 9-da onları müşayiət edən şəxslərlə birlikdə Ermənistandakı tibb mərkəzlərinə aparılıblar. Əvvəllər müalicə üçün Ermənistanda olan 16 sakin isə Qarabağa qayıdıb.скачать dle 11.3