23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |     20:11 Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib  |     20:02 Ermənistanda qızılcaya yoluxanların sayı artır  |     19:56 Misirdə polis idarəsində yanğın olub, 38 nəfər yaralanıb  |     19:48 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib  |     19:40 Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölüb  |     19:28 Qazaxıstan “Pfizer” və “AstraZeneca” dərmanlarının istehsalını yerliləşdirməyi planlaşdırır  |     19:19 Yaponiyada ərzaq qiymətləri kəskin bahalaşıb  |    
Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub
“Sığınacağa yerləşdirilən dörd yaşlı qız qaraçı ailəsində böyüyüb. Anası onu dilənməyə məcbur etdiyinə görə valideyn hüququnun məhdudlaşdırılması müzakirə olunur”.

Bu barədə oxu.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, ailənin dörd övladı olub və ikisi zərərli vərdişlərdən dünyasını dəyişib:

“Dəfələrlə bu uşağın diləndirilməsinə şahid olanlar bizə müraciət etmişdilər. Amma əlimizdə əsas olmadığından addım ata bilmirdik. Bu dəfə isə onun diləndirildiyini təsdiqləyən fotosu bizə göndərildi. Aidiyyəti üzrə müraciət etdik, hüquq-mühafizə orqanları müvafiq tədbir gördülər. Qızın ailəsi Yevlax rayonundandır. Uşaq hazırda bizim sığınacaqdadır. Bacısı və anası tərəfindən davamlı diləndirildiyinə görə valideyn hüququnun məhdudlaşdırılması ilə əlaqədar addım atılması artıq zəruri hala çevrilib.

Ailədəki digər uşaq yaşca böyükdür – 14 yaşı var. Bizdə olan məlumata görə, qızcığazın iki qardaşı narkotik aludəçisi olub və bundan vəfat edib. Atası da narkotik maddələrin qurbanı olub, həyatda yoxdur. Ana və iki qız uşağı birlikdə yaşayırdılar. Azyaşlını dilənməyə məcbur edən də anası və bacısıdır”.

Xatırladaq ki, ötən gün Bakıda, metronun “Neftçilər” stansiyası yaxınlığında diləndirilən dörd yaşlı uşaq sığınacağa təhvil verilib.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 09.06.23 17:16