11:56 Uzunmüddətli öskürək xərçəngin əlaməti ola bilər  |     11:55 Aeroport şosesində qəza səbəbindən sıxlıq yaranıb  |     11:54 Buludlarda mikroplastik tapıldı  |     11:53 TDT Naxçıvan Bəyannaməsi ilə bağlı paylaşım edib - VİDEO  |     11:45 Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb  |     11:41 Antiterror tədbirlərində şəhid olan daha beş hərbçimizin kimliyi müəyyənləşib - SİYAHI  |     23:05 Kadırovun 25 yaşlı qızı Çeçenistanın Baş nazirinin müavini olacaq  |     22:40 Türkiyə Ermənistandakı Metsamor AES-nin bağlanmasını tələb edir  |     22:29 Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”  |     22:20 Azərbaycan səfiri Belçikaya təşəkkür edib  |     22:13 Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub  |     21:52 BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”  |     21:30 İsmayıllıda 35 yaşlı kişi intihar edib  |     21:09 Nikol Paşinyan Avropa İttifaqından 2,6 mlrd. dollar istəyir  |     21:01 NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir  |     20:53 Çində sərnişin təyyarəsi qəzaya uğrayıb  |     20:46 İtaliyada NATO təlimlərinə start verilib, Türkiyə F-16-larla iştirak edir  |     20:39 Sabahın hava proqnozu: yağış yağacaq, dolu düşəcək  |     20:23 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər  |     20:11 Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib  |    
Mayda 33 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən bu ilin may ayı ərzində plan üzrə yoxlamalar siyahısında olan 34 özəl tibb müəssisəsindən 28-də planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 19 müəssisədə nöqsanlar aşkarlanıb.

Bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, plandankənar yoxlamalar nəzərdə tutulmuş 16 müəssisənin 14-də yoxlamalar aparılıb. Nəticədə, yoxlanılan hər bir özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb.

Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən, 27 protokol tərtib edilib və icraata göndərilib.

Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) əsasən, fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilirlər.

İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilirlər.

İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilirlər.

Bundan əlavə, 25 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 15 müraciətə müsbət rəy verilib.
скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            360 09.06.23 17:13