17:51 Mikayıl Cabbarov Gürcüstanın baş naziri ilə görüşüb - FOTO  |     17:45 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb - YENİLƏNİB (FOTO/VİDEO)  |     17:42 Hacıqabulda ağır qəza: Xəsarət alanlar var  |     17:34 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq  |     15:49 Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - AYLIQ PROQNOZ  |     15:36 Bakıda poliklinikada rentgen-müayinə fəaliyyətində qüsurlar aşkarlanıb  |     15:25 Piyadanın ölümündə ittiham edilən sürücüyə bəraət verildi  |     14:58 “Laçın” sərhəd-buraxılış məntəqəsindən son görüntülər - VİDEO  |     14:50 Məktəbli qızı avtomobilinə mindirmək istəyən şəxs həbs edildi  |     14:44 Qarabağda memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib - VİDEO  |     14:42 Rusiyanın valyuta və törəmə alətlər bazarını liberallaşdırması Azərbaycana nə vəd edir?  |     14:41 Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib  |     14:38 İlham Əliyev və Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar  |     14:37 Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar  |     14:36 Yaşar Güler Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib - FOTO  |     14:31 Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib  |     14:30 Sentyabrın son gününün hava proqnozu açıqlanıb  |     14:26 28 il əvvəl əsgəri öldürən şəxs müəyyən olunub  |     14:19 Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib  |     13:49 Baş nazir Əli Əsədov Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb  |    
Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA
Ötən gün Bərdə rayonunun Çələbilər kəndinə canavar sürüsü basqın edib.

Basqın nəticəsində kənd ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata ciddi ziyan dəyib. Vüqar Əhmədov bildirib ki, canavarların hücumu nəticəsində 24 qoyun tələf olub, 20 qoyun yaralanıb, daha 15 qoyunu isə yırtıcılar aparıblar. Sonuncu fakt onu göstərir ki, canavarlar böyük sürü ilə hücuma keçiblər.

Məsələ ilə bağlı Bizim.Media Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərovla əlaqə saxlayıb.

Alim bildirib ki, ətrafında otlaq və qoyun ferması çox olan ərazilərdə canavarların görünməsi təəccüblü deyil. Canavarların iri yaşayış massivlərinə gəlməsi, sadəcə, yem tapmamaları ilə bağlıdır:

“Bərdənin iri yaşayış massivində canavarların görünməsi qorxulu deyil. Yem tapmayan canavarlar ac olduqları üçün kəndə basqın ediblər. Canavarlar o qədər də qorxulu heyvan deyillər. Onlara reaksiya verilməsə, incidilməsələr, insanlara toxunmurlar”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 09.06.23 16:34