17:45 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb - YENİLƏNİB (FOTO/VİDEO)  |     17:42 Hacıqabulda ağır qəza: Xəsarət alanlar var  |     17:34 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq  |     15:49 Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - AYLIQ PROQNOZ  |     15:36 Bakıda poliklinikada rentgen-müayinə fəaliyyətində qüsurlar aşkarlanıb  |     15:25 Piyadanın ölümündə ittiham edilən sürücüyə bəraət verildi  |     14:58 “Laçın” sərhəd-buraxılış məntəqəsindən son görüntülər - VİDEO  |     14:50 Məktəbli qızı avtomobilinə mindirmək istəyən şəxs həbs edildi  |     14:44 Qarabağda memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib - VİDEO  |     14:42 Rusiyanın valyuta və törəmə alətlər bazarını liberallaşdırması Azərbaycana nə vəd edir?  |     14:41 Türkiyənin müdafiə naziri Ermənistana çağırış və xəbərdarlıq edib  |     14:38 İlham Əliyev və Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar  |     14:37 Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar  |     14:36 Yaşar Güler Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib - FOTO  |     14:31 Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib  |     14:30 Sentyabrın son gününün hava proqnozu açıqlanıb  |     14:26 28 il əvvəl əsgəri öldürən şəxs müəyyən olunub  |     14:19 Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib  |     13:49 Baş nazir Əli Əsədov Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb  |     13:34 Xankəndidəki partlayışda ölənlərin sayı 170 nəfərə çatıb  |    
Azərbaycanda kənd məktəbində biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO
Son günlərdə sosial şəbəkələrdə rayonlardan birində yerləşən orta məktəbdə nizam-intizam və davranış qaydalarını pozan şagirdlərə qırmızı kart verilməsi, həmin şagirdlərin fotolarının təhsil müəssisəsinin sosial media hesabında paylaşılması ciddi müzakirələrə səbəb olub.

Belə ki, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart alan şagirdlərin fotoları məktəbin “Facebook” səhifəsində paylaşılıb.

Məktəbdə yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb.

Onun sözlərinə görə, müvafiq şəxslərin izahatı alınıb:

“Şəkillər məktəbin sosial media hesabından çıxarılıb”.




скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 209 09.06.23 15:50