18:16 Türk Hava Yollarında İtaliyaya səfərlər ləğv edildi  |     17:34 Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib  |     16:41 Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?  |     15:31 AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək  |     15:18 Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb  |     15:11 Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb  |     14:43 Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu  |     14:35 İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu  |     13:45 Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib  |     13:36 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:31 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib  |     13:26 Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM  |     13:18 Fransalı senatordan Azərbaycana növbəti dəstək nümayişi - FOTO  |     13:16 Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib  |     13:16 Rusiya İsveçə nota verib  |     13:15 Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib  |     13:14 MN Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb - VİDEO  |     13:11 Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb  |     13:08 Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb  |     12:57 Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır  |    
Fuad Nəcəfli: “Naxçıvanın tranzit nəqliyyat şəbəkəsinə çevrilməsi yaxın gələcəkdə mümkün olacaq”
“Naxçıvan Muxtar Respublikasının Zəngəzur dəhlizi vasitəsilə tranzit nəqliyyat şəbəkəsinə çevrilməsi yaxın gələcəkdə mümkün olacaq”.

“Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, Prezident İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı Muxtar Respublikanın ictimai-siyasi həyatında olduqca mühümdür:

“Naxçıvanın həyatında bu qədər geniş və əhatəli, bütün sahələrə dair təkliflərlə konkret həlli yolları olan ikinci bir proqram, demək olar ki, yox idi. Dövlət proqramı Naxçıvanın inkişafına böyük təkan verəcək. Həm də ölkə iqtisadiyyatının özünəməxsus şəkildə inkişaf etdirilməsinə böyük töhfə olacaq”.

F.Nəcəflinin sözlərinə görə, Dövlət Proqramı 11 prioritet sahəni əhatə edir:

“Bunların ən önəmlisi, əlbəttə ki, hamını maraqlandıran məsələ azad iqtisadi zonanın Naxçıvan Muxtar Respublikasında yaradılması ilə bağlıdır. Hər kəs bunu soruşur, maraqlanır. Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün böyük bir töhfədir. Naxçıvan Muxtar Respublikasının məhz Zəngəzur dəhlizi vasitəsilə tranzit nəqliyyat şəbəkəsinə çevrilməsi yaxın gələcəkdə mümkün olacaq. Dövlət proqramının bu sahədə verdiyi töhfələr məhz bu reallığın yaratdığı və inkişaf etdirdiyi hadisələrlə sıx bağlıdır”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            321 07.06.23 21:36