17:34 Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib  |     16:41 Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?  |     15:31 AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək  |     15:18 Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb  |     15:11 Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb  |     14:43 Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu  |     14:35 İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu  |     13:45 Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib  |     13:36 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:31 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib  |     13:26 Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM  |     13:18 Fransalı senatordan Azərbaycana növbəti dəstək nümayişi - FOTO  |     13:16 Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib  |     13:16 Rusiya İsveçə nota verib  |     13:15 Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib  |     13:14 MN Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb - VİDEO  |     13:11 Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb  |     13:08 Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb  |     12:57 Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır  |     12:55 Bakıdakı bağçalarda boş qalan yerlər açıqlanıb  |    
Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?
Azərbaycanda bir neçə gündür müşahidə edilən yağmurlu, küləkli, qeyri-sabit hava şəraiti iyun ayının 9-na qədər davam edəcək.

Bununla bağlı Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O qeyd edib ki, son günlərdə bəzi bölgələrdə yağıntılar intensiv və güclü olub:

“Leysan yağışları ilə əlaqədar bəzi çaylarda sululuq artıb, dağ çaylarından qısamüddətli sel keçib. Rayonların bəzilərində şimal-qərb küləyi güclənib, Bakıda və Abşeron ərazisində güclü külək müşahidə edilib. Proqnozlara əsasən, iyunun 9-u gündüzədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə leysan xarakterli yağış yağacaq. Əsasən, Quba-Xaçmaz, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə və Qarabağ-Şərqi Zəngəzur bölgələrində yağıntıların intensivləşəcəyi gözlənilir.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi gəzlənilir. Ümumiyyətlə, havanın yağışlı keçməsi, qeyri-sabit durumla bağlı əhalini ehtiyatlı olmağa çağırırıq. Güclü külək yağışla müşahidə olunursa, leysan yağışları qeydə alınırsa, çaylardan sel keçir. Bütün bunları nəzərə alaraq, sakinlərin diqqətli olması məsləhətdir”.

Gülşad Məmmədova onu da qeyd edib ki, hava proqnozları hazırlanıb, mediada dərc olunduğu kimi, rayon rəhbərliklərinə, əlaqədar təşkilatlara da verilir, qeyri-sabit şəraitlə əlaqədar müvafiq xəbərdarlıqlar edilir.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 07.06.23 18:51