17:34 Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib  |     16:41 Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?  |     15:31 AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək  |     15:18 Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb  |     15:11 Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb  |     14:43 Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu  |     14:35 İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu  |     13:45 Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib  |     13:36 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:31 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib  |     13:26 Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM  |     13:18 Fransalı senatordan Azərbaycana növbəti dəstək nümayişi - FOTO  |     13:16 Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib  |     13:16 Rusiya İsveçə nota verib  |     13:15 Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib  |     13:14 MN Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb - VİDEO  |     13:11 Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb  |     13:08 Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb  |     12:57 Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır  |     12:55 Bakıdakı bağçalarda boş qalan yerlər açıqlanıb  |    
Papa Fransisk xəstəxanaya yerləşdirilib
Katolik Kilsəsinin lideri Papa Fransisk qarın boşluğundan əməliyyat olunmaq üçün bu gün xəstəxanaya yerləşdirilib.

Vatikanın açıqlamasına görə, Papanın narahatçılığına əvvəlki əməliyyatdan sonra yaranan yırtıq səbəb olur.

Bildirilib ki, 86 yaşlı dini lider ümumi anesteziya altında qarın nahiyəsindən açıq əməliyyat olunacaq. Papa Fransiskin bir neçə gün xəstəxanada qalacağı gözlənilir. 2021-ci ilin iyul ayında Papa Fransisk bağırsaq əməliyyatı keçirib və yoğun bağırsağının 33 sm-lik hissəsi çıxarılıb.

Yanvar ayında verdiyi açıqlamada Papa bu əməliyyata səbəb kimi, əvvələr olan problemlərin geri qayıtdığını söyləyib. Vatikanın mətbuat katibi Matteo Bruni bu səhər bildirib ki, Papanın əməliyyat edilməsi qərarının təkrarlanan, ağrılı və pisləşən simptomlar səbəbindən verilib.

Papa Fransisk dünən müayinə üçün "Gemelli" poliklinikasına gedib. Bu 40 dəqiqəlik səfərdən sonra Vatikana qayıdan Papa bu gün səhər ümumi qəbul mərasimini keçirib. Papanın bu mərasimdən sonra xəstəxanaya getdiyi açıqlanıb. Papa da keçən mart ayında tənəffüs yoluxucu infeksiyaya görə "Gemelli" xəstəxanasına yerləşdirilmişdi.

Papa Fransisk diz narahatlığına görə tez-tez əlil arabası və əsa istifadə edir. O, 2021-ci ildə bağırsaq əməliyyatından sonra ümumi anesteziyanın yan təsirlərindən əziyyət çəkdiyi üçün dizində əməliyyatdan imtina edib. Bu il səlahiyyətlərinin 10-cu ilini tamamlayan Roma Papası Fransisk səhhəti imkan vermədiyi təqdirdə istefa verəcəyini istisna etmir. Müasir dövrdə papaların ölənə qədər vəzifədə qalmaq ənənəsini pozan ilk şəxs 2013-cü ildə istefa verən əvvəlki Papa XVI Benedikt olub.

Francis, keçən ilin sonunda verdiyi açıqlamada, tibbi səbəblərdən bu vəzifəni tərk etməli olacağı hal üçün istefa məktubunu hazırladığını söyləyib.
//bizimyol.infoскачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 07.06.23 21:01