17:34 Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib  |     16:41 Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?  |     15:31 AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək  |     15:18 Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb  |     15:11 Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb  |     14:43 Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu  |     14:35 İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu  |     13:45 Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib  |     13:36 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:31 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib  |     13:26 Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM  |     13:18 Fransalı senatordan Azərbaycana növbəti dəstək nümayişi - FOTO  |     13:16 Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib  |     13:16 Rusiya İsveçə nota verib  |     13:15 Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib  |     13:14 MN Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb - VİDEO  |     13:11 Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb  |     13:08 Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb  |     12:57 Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır  |     12:55 Bakıdakı bağçalarda boş qalan yerlər açıqlanıb  |    
Son beş ildə AQTA 9 027 yoxlama keçirib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı dövrdən indiyədək (son 5 ildə) 9 027 yoxlama həyata keçirib.

Bu barədə qurumun 5 illik yubileyi ilə bağlı keçirilən tədbirdə məlumat verilib.

Qeyd olunub ki, nəzarət tədbirləri nəticəsində təkrar yoxlama aparılan 600-dən çox müəssisə sağlamlaşdırılıb. Uyğunsuz nəticələr aşkarlanan yoxlamaların payı 89 faizdən 69 faizə qədər azalıb.

Həmçinin, diqqətə çatdırılıb ki, Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə ixrac edilən fındıq məhsullarında aflatoksin aşkarlanması ilə bağlı daxil olan bildirişlərin illik sayı 2 dəfədən çox azalıb.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən Azərbaycandan pomidor və alma məhsulunun ixraci ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər tamamilə aradan qaldırılıb. Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət və atların manqo xəstəliyi ilə əlaqədar respublikamızdan Qazaxıstana at ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            435 07.06.23 20:10