18:16 Türk Hava Yollarında İtaliyaya səfərlər ləğv edildi  |     17:34 Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib  |     16:41 Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?  |     15:31 AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək  |     15:18 Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb  |     15:11 Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb  |     14:43 Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu  |     14:35 İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu  |     13:45 Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib  |     13:36 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:31 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib  |     13:26 Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM  |     13:18 Fransalı senatordan Azərbaycana növbəti dəstək nümayişi - FOTO  |     13:16 Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib  |     13:16 Rusiya İsveçə nota verib  |     13:15 Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib  |     13:14 MN Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb - VİDEO  |     13:11 Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb  |     13:08 Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb  |     12:57 Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır  |    
Bir neçə ölkədən heyvan və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub
Bir neçə ölkədən heyvan və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Median.Az
report-a istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyidən bildirilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, ABŞ-nin Tennessi ştatının Deyvidson dairəsində süngərvari ensefalopatiya, Tunisin Qafsa inzibati ərazi vahidində dabaq, Rusiyanın Yaroslav vilayətində və Meksikanın Aquaskalyentes ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Ona görə də Azərbaycan ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə ABŞ-nin Tennessi ştatının Deyvidson dairəsindən diri iribuynuzlu heyvanların və onlara aid qan və qan tərkibli məhsulların, sümükdən ayrılmamış ətin, mexaniki üsulla əldə olunan sümükdən ayrılmış ətin, 30 aydan yuxarı iribuynuzlu heyvanlardan alınan sümükdən ayrılmış ətin (30 aydan az olan iribuynuzlu heyvanlardan alındığına dair müvafiq baytarlıq şəhadətnaməsi ilə birlikdə zəmanəti ehtiva edən əlavə məktubla müşayiət olunan sümükdən ayrılmış ət istisna olmaqla), məhsuldar heyvanlar üçün yem kimi nəzərdə tutulmuş emal olunmuş iribuynuzlu heyvan zülalları (süd zülalları istisna olmaqla) və məhsuldar heyvanlar üçün yemlərin idxalına, Tunisin Qafsa inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Rusiyanın Yaroslav vilayətindən və Meksikanın Aquaskalyentes ştatından WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 07.06.23 18:21