18:16 Türk Hava Yollarında İtaliyaya səfərlər ləğv edildi  |     17:34 Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib  |     16:41 Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?  |     15:31 AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək  |     15:18 Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb  |     15:11 Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb  |     14:43 Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu  |     14:35 İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu  |     13:45 Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib  |     13:36 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:31 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib  |     13:26 Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM  |     13:18 Fransalı senatordan Azərbaycana növbəti dəstək nümayişi - FOTO  |     13:16 Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib  |     13:16 Rusiya İsveçə nota verib  |     13:15 Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib  |     13:14 MN Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb - VİDEO  |     13:11 Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb  |     13:08 Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb  |     12:57 Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır  |    
Türkiyədə dollar yenə bahalaşdı: Azərbaycanda da gözlənilirmi?
Türkiyədə dollar bahalaşmaqda davam edir. Bu gün 1 dollar 22.85 türk lirəsi, 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox ucuzlaşıb. Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.4565 TL, satış üzrə 21.4952 TL müəyyən edib.

Bəs, Azərbaycanda necə dollar bahalaşa bilərmi?

İqtisadçı ekspert Emin Qəribli mövzu ilə bağlı azxeber.com-a açıqlama verib.

Ekspert bildirib ki, Türkiyədə dolların yenidən bahalaşması seçki öncəsi kampaniya ilə əlaqəlidir:

"Seçki öncəsi bu hal bir çox ölkələrdə yaşanır. Onu deyim ki, bu inflyasiyaya səbəb olur. Seçki öncəsi ölkənin xərcləri artır. Bu da öz növbəsində pulun dəyərdən düşməsinə gətirib çıxarır. Bundan əlavə Türkiyənin özünü bir neçə səbəbləri var. Səbəblərdən biri son vaxtlar neftində qiymətində müəyyən fərqlərin olmasıdır. Bu mənfi təsir göstərən amildir. Türkiyədə daima milli valyutanın dəyəri enir”.

Emin Qəriblinin sözlərinə görə Azərbaycanda valyutanın düşməsi üçün əsaslar yoxdur:

"Azərbaycanda bu hal 2014-ci ildə neftin qiymətinin düşməsi ilə yaşandı. Valyuta ehtiyyatları azaldı. İndi tam əksinə valyuta ehtiyyatlarımız artır. Neftin qiyməti sabitdir, Azərbaycan ixracatı şaxələnir. Bunun üçün Azərbaycanda dolların qiymətinin bahalaşması ilə bağlı heç bir narahatlığın olmadığını düşünürəm”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            522 07.06.23 17:31