18:16 Türk Hava Yollarında İtaliyaya səfərlər ləğv edildi  |     17:34 Moskva hava limanlarında 27 reys təxirə salınıb və ya ləğv edilib  |     16:41 Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?  |     15:31 AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək  |     15:18 Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb  |     15:11 Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb  |     14:43 Dövlətə xəyanətdə ittiham olunan Şeyx Sərdara hökm oxundu  |     14:35 İraqda toy mərasimi zamanı daha bir qorxunc hadisə: Yüzlərlə insan xəstəxanalıq oldu  |     13:45 Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib  |     13:36 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:31 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib  |     13:26 Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM  |     13:18 Fransalı senatordan Azərbaycana növbəti dəstək nümayişi - FOTO  |     13:16 Azərbaycanda bu il iki nəfər quduzluqdan dünyasını dəyişib  |     13:16 Rusiya İsveçə nota verib  |     13:15 Azərbaycanda ər arvadını qətlə yetirib, özü isə intihara cəhd edib  |     13:14 MN Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb - VİDEO  |     13:11 Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb  |     13:08 Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb  |     12:57 Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır  |    
Təranə Səmədova məhkəmədə özünü təqsirli bilmədi
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə vətəndaşdan pul tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun həyat yoldaşı (qeyri-rəsmi) Rasim Həsənovun ötən gün məhkəmə prosesi keçirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Prokuror ittiham aktını elan edib. Elan olunan ittiham aktına görə, Təranə Səmədova özünü təqsirli bilməyib. Rasim Həsənov isə özünü qismən təqsirli bilib.

Məhkəmə iclası təxirə salınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb.
İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub.

Təranə Səmədova ilə Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmiş, prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 07.06.23 16:23